Yuxarı

Azərbaycanlı iş adamı işgəncə ilə qətlə yetirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç ay əvvəl yoxa çıxan biznesmenin meyiti çayda avtomobilinin içində tapılıb

Rusiyanın Volsk şəhərində yaşayan, əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan iş adamının bu il aprelin 24-də işgəncə ilə öldürülərək avtomobil ilə birgə çaya atıldığı məlum olub.

20 ildir, Volsk şəhərində yaşayan 1958-ci il təvəllüdlü Ədilxan Alı oğlu Sərdarovun cəsədi bu günlərdə avtomobilinin içində Volsk çayında tapılıb. Cəsədi çayda çimən uşaqlar təsadüfən görüblər. Meyitin üzərində işgəncə və zorakılıq əlamətlərinin olduğu bildirilir.

Məlumata görə, Ə. Sərdarov 3 ay əvvəl yoxa çıxıb. Onun barəsində Volsk şəhər Daxili İşlər İdarəsi axtarış elan edib, bu müddət ərzində aparılan axtarışlar nəticəsiz qalıb. Üç ay keçəndən sonra Ə. Sərdarovun haqqında elan olunan axtarışa xitam verilib, cinayət işi bağlanıb.

Ə. Sərdarov meyiti çayda avtomobili ilə birgə tapılandan sonra yenidən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Ə. Sərdarov Volskda fəaliyyət göstərən imkanlı iş adamlarından olub. Ailəlidir. Bir oğlu, bir qızı və bir nəvəsi var.

Ə. Sərdarovun meyiti Kəpənəkçi kəndinə gətirilib, bu gün torpağa tapşırılacaq.

APA

Tarix
2014.07.23 / 11:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla