Yuxarı

Səlim Müslümov maşın payladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamına əsasən, Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini "Naz-Lifan" markalı minik avtomobili ilə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslərdən 38 nəfəri Böyük Vətən müharibəsi əlili, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl AES əlilidir. Sərəncama uyğun olaraq, bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən artıq 523 nəfəri dövlət hesabına minik avtomobili ilə təmin olunub. Növbədə olan digər belə şəxslərin də gələn ayın sonunadək avtomobillə tam təminatı nəzərdə tutulur. Bundan öncə isə Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamı ilə 2014-cü ilədək növbəyə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari ilin aprel-may aylarında avtomobillə tam təminatı yerinə yetirilib. Beləliklə, möhtərəm dövlət başçısının qeyd olunan iki Sərəncamı əsasında cari ilin aprelindən bəri müvafiq kateqoriyalara aid 1200 nəfər əlilliyi olan şəxsə avtomobil verilib.

Minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanmış əlilliyi olan şəxslərin siyahıları ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) "Fəaliyyət və xidmətlər" bölümünün "Avtomobillərlə təminat" alt-bölümündə ictimaiyyətə təqdim olunur. Avtomobillərin verilməsi həmin siyahılar əsasında, yəni növbəlilik prinsipi üzrə həyata keçirilir. Eyni zamanda, həmin alt-bölmədə "Dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq üçün tələb olunan sənədlər" qovluğuna daxil olmaqla əlil vətəndaşa verilmiş avtomaşının digər şəxs tərəfindən idarə edilməsi üçün təqdim edilməli olan sənədlərin siyahısı da əksini tapıb.

Yeni minik avtomobilinə sahib olan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər Prezident cənab İlham Əliyevin Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisini təmin edən uğurlu siyasətinin eyni zamanda hər bir vətəndaşın, o cümlədən əlilliyi olan şəxsin sosial firavanlığına xidmət etdiyini vurğulayıb, onlara göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Publika.az

Tarix
2014.07.23 / 11:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla