Yuxarı

Ərizə qəbul olundu: “General əməliyyatı” yenidən başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim Müdafiə Nazirliyi ilə bağlı Hərbi Prokurorluğa göndərdiyim ərizə artıq qəbul olunub".

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, məsələnin konkret həll olunmasını tələb edəcəyini bildirib:

"Artıq bununla bağlı mənə Hərbi Prokurorluqdan məlumat veriblər. Araşdırmanın gedişatında mən general-leytenat Çingiz Məmmədov, general-mayor Məmməd Beydullayev və hətta polkovnik Rauf Kişiyevlə də bağlı məsələyə diqqət edilməsini tələb edəcəyəm. Çünki bu adamlar uzun illər əllərində problemlərlə bağlı konkret fakt ola-ola heç bir ciddi iş görməyiblər. İndi gözləyirəm ki, nə vaxt prokurorluqdan məsələlərə aydınlıq gətirilməsi üçün məni dəvət edəcəklər. Hərbi Prokurorluq mənə cavab verən kimi bunun məhkəmə müstəvisində araşdırılmasını tələb edəcəyəm. Faktlar çoxdur. Necə olur ki, Hərbi Dəniz Qüvvələrində olan çatışmazlıqlarla bağlı Rauf Kişiyev və Məmməd Beydullayev heç bir iş görməyib? Ya da ki. Çingiz Məmmədov Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində iki qiymət alan yüzlərlə müdavimə sertifikat verilməsinə icazə verib? Mən indiyə qədər mətbuatda bəzi məsələləri ictimaiyyətin diqqətinə çatıdırırdım. Amma indi hüquqi müstəvidə bunu tələb edəcəyəm. Bu sənədlər uzun müddətdir Hərbi Prokurorluqda saxlanılır. Hətta indi rəhbərlik bunu araşdırmasa belə, nə vaxtsa biri bunu yenidən gündəmə gətirəcək. Həm o vaxt, həm də indi tədbir görməyən şəxslərlə bağlı addımlar atılacaq".

Tarix
2014.07.23 / 13:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla