Yuxarı

ABŞ tələb etdi, İspaniya tutdu: Böyük iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın təhlükəsizlik qüvvələri ABŞ-ın tələbi ilə virtual oğurluq etdiyinə görə Rusiya vətəndaşını nəzarətə götürüb.

Axar.az xəbər verir ki, nəzarətə alınan Sankt-Peterburq sakini 30 yaşlı Vladimir Polyakov internet vasitəsi ilə elektron biletləri oğurlayıb satmaqda günahlandırılır.

İddialara görə, Polyakov ABŞ-ın "Ebay" virtual mağazasının "stuHub" saytının şifrəsini qıraraq sistemdə yerləşdirilən elektron biletləri satın alıb.

Polyakovun bu biletləri sataraq 10 milyon dollar qazandığı iddia olunur.

Rusiyanın İspaniyadakı səfirliyinin mətbuata açıqlama verən sözçüsü Aleksandr Korçagin nəzarətə götürülən Polyakova vəkil tutularaq hər cür dəstəyin verildiyini bildirib.

Qeyd edək ki, İspaniyada məhkəməyə çıxarılacaq Polyakovun ABŞ-a ekstradisiya olunacağı gözlənilir.

Xatırladaq ki, bir müddət öncə ABŞ Rusiya Liberal Demokrat Partiyasından olan millət vəkili Valeri Seleznyovun oğlu Roman Seleznyovu hakerlik iddiası ilə Maldiv adalarında istirahətdə olarkən nəzarətə almışdı.

Tarix
2014.07.23 / 18:18
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla