Yuxarı

Öz vətənində əsir olmaq

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahbaz və Dilqəm. İndi hamı onları Kəlbəcərdə girov olan kəlbəcərlilər kimi tanıyır. Necə də ikrah hissi doğurur, sarkazm yaradır. Öz vətənində düşmənə əsir olmaq... İraqda İŞİD-ə, Qəzzada İsrail əsgərinə girov düşməkdir.

Bu, Sovetskidə böyüyən bakılının Yasamalda girov saxlanmasına bərabərdir və ya Təbrizdə azərbaycanlının dar ağacına çəkilməsidir. Hər nədirsə, Ceyhun Mirzəyev sağ olsaydı çoxdan "Fəryad" qoparmışdı.

O "Fəryad" ki Şahbazla Dilqəmin bir həftədir əsirlikdə nələr yaşadıqlarını düşünməyə istinad verir. Kim bilir, bəlkə də bir erməni körpəsi əlində su bardağı və çörək parçası Dilqəmə uzadır, yaxud Xankəndində orta məktəb şagirdləri Şahbazı görməyə gətirilir; "Tanış olun uşaqlar, bu adamlar türkdürlər, kəlbəcərlidirlər, erməni xalqının düşmənidirlər".

Bəli, bəli, düzdür. Dilqəm və Şahbaz erməniyə düşməndir. Çünki Dilqəmin anasının uyuduğu torpaq, məzarı düşmən əsirliyindədir. Siz heç doğulduğunuz rayonunuz, ata eviniz, uşaqlığınız keçən daxmanız, yatdığınız yer üçün darıxmırsınızmı?

Dilqəmi də Kəlbəcərə aparan bu olub. Məşhur bir lətifədə olduğu kimi, yəhudidən soruşurlar ki, niyə bu ölkədən mühacirətə getmirsən? Cavab verir ki, mənə burda da pisdir. Dilqəmə də Kəlbəcərsiz yaşamaqdansa, Kəlbəcərdə əsir yaşamaq eynidir.

İnsanın doğulduğu, uşaqlığını keçirdiyi yeri görə bilməməyi, onu keçmişinə bağlayan xatirələrə əliüzülmüş kimi baxması ağır travmadır. Kəlbəcərli balaları o xatirələri öz canları bahasına yenidən canlandırıblar.

İndi "Qızıl Xaç" komitəsinin borcudur ki, əsirləri geri qaytarsın. Çünki onlar nə cinayətkar, nə də diversantdırlar. Olsa-olsa Kəlbəcər həsrətinin əsirinə çevrilmiş kəlbəcərli balalarıdırlar.

Tarix
2014.07.24 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Virusa yoluxan arvadını balkondan atdı - Video

Bakıda saxta “İvanovka” məhsullarını kim satır?

Dilqəm Əsgərovun oğlu atasından narahatdır

Abdullalar “ölümə” tərk edilib? – TƏBİB-dən cavab

İkinci meyit də 2015-də itkin düşən neftçinindir - Təsdiq

Bu çirkin kampaniyanın başında o dayanır

Proqnozu doğrulmadı, astroloq isə israr etdi...

Peyvəndə ümidlənməyin: zəncəfil, sarımsaq isə... – Video

Əhali rayonlara buraxılsın, Bakıda sıxlıq azalsın – Həkim

Bu türk ölkəsi də sərt karantin tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla