Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan bərbərxananın lambirdən ibarət tavanı 20 kv.m sahədə və içərisində olan mebel qismən yanıb. Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Masallı rayonu, Qəriblər kəndində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli kitabxana binasının yanar konstruksiyaları və içərisində olan kitablar 15 kv.m sahədə yanıb. Kitabxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağdaş rayonu, Bakı-Şamaxı-Yevlax yolunun Aşağı Zeynəddin kəndi (rayon mərkəzindən 5 km aralı) ərazisindən keçən hissəsində vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusu ilə 1961-ci il təvəllüdlü Loğman Fərrux oğlu Osmanova məxsus "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü L.F.Osmanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:39-da başa çatıb.

***

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə və ona bitişik digər vətəndaşa məxsus tikilinin içərisinə yığılmış taxta tullantıları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikillilər yanğından mühafizə olunub. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Abşeron rayonu, Goradil qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin içərisinə yığılmış plastik qapı-pəncərə çərçivələri və tikinti materialları 25 kv.m sahədə yanıb. Bitişik tikilmiş ev yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Şəki rayonu, Cəfərabad kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Tovuz rayonu, Əyyublu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamsının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Sumqayıt şəhəri, Corat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağında 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Ağstafa rayonu, Yenigün kəndində (rayon mərkəzindən 9 km aralı) ümumi sahəsi 600 kv.m olan birmərtəbəli binanın yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.07.24 / 09:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla