Yuxarı

Medvedev həyəcan təbili çaldı: Rusiya çökür

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Dmitri Medvedev qlobal iqtisadiyyatda qoruyucu yanaşma sisteminin ortaya çıxdığını və Rusiyanın bu yeni sistemlə uyğunlaşmasının vacib olduğunu bildirib.

Axar.az xəbər verir ki, mütəxəssislərin iştirakı ilə keçirilən konfransda danışan Medvedev xəbərdarlıq edib:

"Biz istehsalçılarımıza, mallarımıza, şirkətlərimizə təsir edən güclü sığortası olan iqtisadiyyatla qarşı-qarşıyayıq. Bu proses geriləməyəcək".

Rusiya hökumətinin və rus şirkətlərinin maraqlarının qorunmasının vacib olduğunu deyən Medvedev buna görə Qərbi ittiham edib:

"Biz bu problemə qarşı tədbir görməliyik. Bizim məğlubiyyətimizdən kimlərsə faydalanmaq istəyir. Buna heç vaxt icazə verməyəcəyik".

Onu da bildirək ki, Medvedevin fikrincə, sanksiyalar nəticəsində bir çox şirkətlərin Qərb bazarında mövqeyinin itirməsi sığortalı istehsala keçid üçün şərait yaradıb. Bu da gələcəkdə Rusiya iqtisadiyyatına milyardlarla dollar ziyan vura bilər.

Avropa Birliyi şirkətlərinin Rusiya ilə əməkdaşlığı davam etdirəcəyini və AB-nin Rusiyanın birinci ticarət partnyoru olaraq qalacağını vurğulayan Rusiya Baş naziri Asiya-Sakit okean hövzəsi ilə əməkdaşlığın inkişaf etdirilməsinin Rusiyanın prioritetləri sırasında olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ və AB Ukraynada yaranan vəziyyətə görə Rusiyanın bir çox vəzifəli şəxslərinə və öndəgedən rus şirkətlərinə sanksiyalar tətbiq edib.

Bu gün isə yeni sanksiya paketinin qüvvəyə minməsi gözlənilir.

Tarix
2014.07.24 / 12:32
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla