Yuxarı

Jurnalistləri qorxudan qurtarmaq istəyirlər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə V.S. Təlim və Psixologiya Mərkəzində milli mətbuat günü ilə əlaqədar olaraq jurnalistlər üçün "NLP Public" adlı seminar təşkil edilib.

Teleqraf.com xəbər verir ki, seminarı aparan Neyro Linqivistik Proqramlaşdırma (NLP) mütəxəssisi Babək Bayramov jurnalistlərə bu proqramın özəlliklərindən və insanlara verdiyi motivasiyadan danışıb. Qeyd edək ki, NLP-nin məqsədi insanlara düzgün çıxış yollarını göstərməkdir. Proqramın insanın məhdudlaşdırıcı inanclarından və istəmədiyi vərdişlərdən azad olmasında çox böyük rolu var.

B.Bayramov NLP-nin mənası və nəzəri cəhətdən açıqlaması haqqında jurnalistləri məlumatlandıraraq bildirib ki, insanın daxilindəki qorxulardan qurtulmasında bu proqramın böyük əhəmiyyəti var. NLP texnikaları illərlə davam edən fobiyanı, daim narahatlıq törədən daxili səsi, insanı məhdudiyyətlər içərisində saxlayan vərdişləri bir neçə seansa, hətta bir neçə dəqiqəyə silməyə və dəyişdirməyə qadirdir. Hipnotik ünsiyyətlə inanılmaz nəticələr əldə etmək, sonsuz sayda sözləri cəmi bir dəfə eşidərək və ya oxuyaraq eyni ardıcıllıqla uzun müddət yadda saxlamaq, yalançını bir neçə dəqiqəyə aşkar etmək NLP vasitəsilə tam mümkündür.

B.Bayramov dilin məqsədəuyğun şəkildə istifadə edilməsində NLP-nin faydalarını açıqlayıb. Diqqətə çatdırıb ki, yalnız doğru ünsiyyət arzuolunan reaksiyanı yarada bilər. Qarşıya qoyulan hədəflərə çata bilmək üçün dil - duyğu və düşüncənin sistematik olaraq təsirli istifadəsidir. Bu mənada hədəfə çatmaq üçün xüsusi bir şəkildə düşünmək, danışmaq və davranmaq lazımdır. Hər bir fərddə öz həyatını uğurlu, xoşbəxt, zəngin edəcək resurslar var. Önəmli olan bu resursların fərqində olmaq və bunları bilərək, istəyərək, məqsədli şəkildə istifadə edə bilmək bacarığına yiyələnməkdir. NLP isə insanlara öz resurslarını istifadə etdirən önəmli bir ünsiyyət, düşüncə və davranış formasıdır.

NLP metodları iş dünyası, təhsil, idarəetmə, hüquq, siyasət, tibb və idman sahələrində istifadə edilir. NLP texnikaları ilə insanlar həyat səviyyələrini yüksəldə, ünsiyyətdə uğurlarını artıra və stresin qarşısını ala bilərlər. NLP vasitəsilə öyrənməni asanlaşdırmaq, yaddaşı gücləndirmək, özünəinamı ən yüksək həddə çatdırmaq tez və effektiv şəkildə mümkündür. Lakin NLP-nin faydaları bununla da bitmir.

Seminar yüksək motivasiya ilə müşayiət olunub və dinləyicilər tərəfindən maraqla qarşılanıb. Tədbirdə 50-yə qədər jurnalist iştirak edib. - See more at: http://teleqraf.com/news/14838#sthash.o9M9g0wF.dpuf

Tarix
2014.07.24 / 13:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla