Yuxarı

Hərbçilərimiz qəzaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə iyulun 24-də saat 11.00 radələrində Ələt – Astara avtomobil yolunun şəhərin Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb.

Müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Ələs oğlu Qocayevin idarə etdiyi Daxili Qoşunlara məxsus "QAZ-3108" markalı, 09-46 DQ dövlət nömrə nişanlı hərbçiləri daşıyan maşın Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Xalid Sultan oğlu Səlimlinin idarə etdiyi "VAZ-21154" markalı, 42 BK 168 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ-21154"-ün sürücüsü və onun yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Toğrul Məmmədağa oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hərbçilərdən isə xəsarət alan olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

APA

Tarix
2014.07.24 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla