Yuxarı

Rusiya Bakıya qarşı hərəkətə keçdi: Etnik kart

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağıstandan Azərbaycana hər hansı bir təhlükə gözləmirik".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli son günlər Dağıstan siyasətçilərinin Azərbaycanı ittiham edən çıxışlarını şərh edərkən söyləyib.

O, bu tip çıxışların Rusiyanın müəyyən dairələrinin sifarişi ilə həyata keçirildiyini bildirib:

"Dağıstanın Abdullatipovdan öncəki prezidenti Maqamedovla Azərbaycan arasında irimiqyaslı müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, Azərbaycan Dağıstanı qaz, neft, eləcə də zəruri ilkin tələbat malları ilə təmin edir. Yəni Dağıstan bu saat özünə lazım olan malların əksəriyyətini Azərbaycandan alır. Kimlərinsə burada ağzı göyçəklik edib ləzgilərin sıxışdırılması haqqında söylədikləri hədyandır. Azərbaycanlılar ləzgilərlə qohum bir xalqdır. Görünür, kimlərsə Rusiyanın müəyyən dairələrindən olan ötürmələrlə iki xalq arasında olan münasibətləri korlamaq istəyir. Dağıstandan biz hər hansı bir təhlükə gözləmirik. Eyni zamanda, Dağıstan da bizdən hər hansı təhlükə gözləmir. Ticarət, biznes - bunlar heç bir etnik mənsubiyyət və sərhəd tanımır. Bu, təbii bir prosesdir. Azərbaycanla Dağıstanın münasibətlərində hər hansı bir siyasi konyuktura da yoxdur. Rusiya hazırda çətin vəziyyətdədir və dünya tərəfindən təklənib. Ona görə də Azərbaycanı öz tərəfində saxlamağa çalışır. O, müxtəlif təzyiqlərlə Azərbaycanı öz təsir dairəsindən kənara buraxmamaq istəyir. Bunun üçün müxtəlif kartlardan istifadə edir. Onlardan biri də etnik kartdır. Məncə, Rusiyanın bu kartlardan istifadə edən dairələri yanılır".

Qeyd edək ki, artıq bir neçə gündür bəzi dağıstanlı politoloq və analitiklər Azərbaycanın təsiri sayəsində rəsmi Mahaçqalanın Bakı əleyhinə bir söz belə işlədə bilmədiyi haqqında şərhlər verirlər. Həmçinin onlar Azərbaycanda ləzgilərin hüquqlarının da pozulduğunu vurğulayır və bu işdə Bakını günahlandırırlar.

Dağıstan rəsmiləri isə əvəzində Azərbaycan-Dağıstan iqtisadi-siyasi əlaqələrinin yüksək səviyyədə olması ilə bağlı son iki gündə üç xoşniyyətli mesaj veriblər.

Tarix
2014.07.24 / 15:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla