Yuxarı

Kəmaləddin Heydərov Riçard Morninqstarla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov diplomatik missiyasının başa çatması ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşüb.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, K.Heydərov səfirin Azərbaycan-ABŞ əlaqələrinin daha da möhkəmlənməsindəki rolunu qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir ABŞ-ın müvafiq qurumları ilə nazirlik arasında əməkdaşlığın perspektivlərindən bəhs edib, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da güclənəcək.

Görüşdə səfirə Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Səfir R. Morninqstar ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Ştatların müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2014.07.24 / 18:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla