Yuxarı

Təhsil Nazirliyinin regional idarələri yaradıldı: 4 sərəncam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:59

Azərbaycan Respublikası Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncama əsasən, Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:

- Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi;
- Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi;
- İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi;
- Şəki şəhər, Oğuz və Qəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi;
- Balakən, Zaqatala və Qax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi;
- Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi;
- Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi;
- Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi;

- Yevlax və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi;

- Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi;

- Ucar, Zərdab, Kürdəmir və Göyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi;
- Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi;
- Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan

Regional Təhsil İdarəsi;

- Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi;
- Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi.

Dövlət başçısı Təhsil Nazirliyinin strukturunu da təsdiq edib.

Nazirlər Kabinetinə, Ədliyyə və Maliyyə nazirliklərinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

19:55

İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi barədə də sərəncam imzalayıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu aşağıdakı kimidir:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlar:

2.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsi;

2.2. regional təhsil idarələri.

22:45

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin "Azərbaycan Respublikası Baş Prokurorluğu kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu"nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Tarix
2014.07.24 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla