Yuxarı

Vüqar Bayramovla Vahid Əhmədov toqquşdu - Rəy

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pensiya məbləği vətəndaşların yaşına uyğun olaraq artmalıdır".

Bunu Axar.az a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspertin fikrincə, təklif olunan pensiya islahatlarında təkcə təqaüd məbləğinin artırılması deyil, həm də pensiyaya çıxma yaşının dəyişdirilməsi də vacibdir:

"Statistikaya görə, Azərbaycanda yaşı 70-dən çox olanların sayı 390 min nəfərdir. Təklif edirik ki, pensiyaçıların yaşı 70-ə çatdıqda təqaüd məbləği 10%, 75-ə çatdıqda 20%, 80-i keçdikdə isə 30% artırılsın. İnsanların əksəriyyəti pensiya yaşına çatdıqdan qısa müddət sonra, hətta pensiya yaşı tamam olmamış dünyalarını dəyişirlər. Nəzərə alsaq ki, vətəndaş 18 yaşında işləyir, sosial ödəniş edir və 60 yaşında rəhmətə gedir, 42 il sosial ödəniş etməsinə baxmayaraq, bir qəpik belə pensiya formasında geri ala bilmir. Bunu nəzərə alaraq pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı Amerikan modelini təklif edirəm. Bu modelin üstünlüyü ondan ibarətdir ki, pensiyaçı pensiya yaşını özü müəyyənləşdirir. Əgər vətəndaş 40 yaşına qədər böyük bir məbləğdə sosial ödəniş edibsə, onun pensiya formasında geri qaytarılması mümkündür. Yəni, vətəndaş əmək pensiyasına çıxmaq üçün, yaş pensiyasının vaxtını gözləməyəcək".

Ekspert əmək pensiyası üçün vacib olan 12 illik iş stajı tələbinin aradan qaldırılmasını təklif edir:

"Bunun əvəzində, ilk 12 il aşağı əmsalla, ondan sonrakı illər yuxarı əmsalla pensiya hesablansın. Hazırda təxminən 1 milyon 200 minə yaxın pensiyaçı həm əmək, həm də yaş pensiya alır. Bundan əlavə kişi və qadınların pensiyaya çıxma yaşı bərabərləşdirilməlidir. Həm qadınlar, həm də kişilər üçün ideal pensiyaya çıxma vaxtı 60 yaşdır".

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə vətəndaşların istənilən vaxt pensiyaya çıxmasını düzgün hüsab etmir:

"Əgər insan əmək qabiliyyətinə malikdirsə, iş fəaliyyətini davam etdirməlidir. Burada ancaq vətəndaşın özündən söhbət getmir, cəmiyyətdə əmək qabiliyyətli insanların fəaliyyətindən, onların işlə təmin edilməsindən və dövlətə verdiyi xeyirdən söhbət gedir. Bu mənada müəyyən yaş həddi olmalıdır. Ola bilər ki, pensiya yaşı bir qədər aşağı salınsın, amma istənilən yaşda pensiyaya çıxmaq doğru deyil. Burada əsas məsələ pensiya yox, tibbi sığortanın tətbiqidir. Biz ona nail olmalıyıq ki, Azərbaycanda tibbi sığorta həyata keçirilsin. Bu haqda qanun qəbul olunub və onun icrasına çalışmalıyıq. Bu istiqamətdə pilot layihələr həyata keçirilməlidir ki, insanlar tibbi sığortanın faydasını anlasınlar, pensiya alanda belə tibbi məsələlərlə bağlı narahat olmasınlar. Öz müalicələrini tibbi sığorta vasitəsilə həyata keçirsinlər".

Tarix
2014.07.25 / 08:45
Müəllif
Nərgiz Liftiyeva
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla