Yuxarı

Puqaçovadan Putinə Ukrayna şilləsi - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yurmalada (Latviya) keçirilən "Yeni dalğa" ("Novaya volna") mahnı müsabiqəsinə qatılan rusiyalı müğənnilər Ukrayna siyasətinə görə Prezident Vladimir Putini pərt edəcək addımlar atıblar və həmin anları geniş şəkildə sosial şəbəkələrdə paylaşıblar.

Axar.az xəbər verir ki, SSRİ və Rusiyanın Xalq artisti olan Alla Puqaçova başda olmaqla, bu ölkənin seçilən müğənniləri flaşmob şəkilində Kreml başbilənlərinə etirazlarını ünvanlayıblar. Müxtəlif vəziyyətlərdə Ukrayna milli bayrağının rənglərinin əks olunduğu geyimlərdə nümayişkarana çıxış edən müğənnilər dövlət başçısını qardaş qanı tökməkdə qınayıblar.

Xatırladaq ki, bu məsələdə ən öndə gedən simalardan biri Alla Puqaçovadır. O, təkcə bir ay ərzində Putin iqtidarını ifşa edən bir neçə tvit paylaşıb. Xanım müğənni Kremlin hədəfinə düşmüş dostu Andrey Makareviçə qarşı çirkin kampaniyalara son qoymağı tələb edib və onu Andrey Saxarovla eyniləşdirib. Puqaçova həmçinin bir vaxtlar SSRİ-nin Əfqanıstana girməsini qınayan mədəniyyət xadimlərindən biri olub.

Tarix
2014.07.25 / 03:45
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla