Yuxarı

Jirinovski Heydər Əliyevlə tanışlığından danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Rossiya 24" telekanalının efirində Ukraynadakı son hadisələri şərh edərkən, Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.

"Real müsbət nümunə var. Elə Azərbaycanı götürün. Siz onun inkişafına diqqət yetirin! Orada bütün kəndlər abadlaşdırılıb, idman obyektləri də daxil olmaqla yeni komplekslər ucaldılır, bütün ölkə tamamilə dəyişilib", deyə Jirinovski vurğulayıb.

Onun sözlərinə görə, ölkənin bu cür sürətli inkişafının səbəb İlham Əliyevi dövlət başçısı seçmiş Azərbaycan xalqının düzgün seçimidir: "Mən onun atasını da tanıyırdım, Heydər Əliyev dahi azərbaycanlıdır".

Qeyd edək ki, RLDP lideri verilişin əvvəlində Azərbaycan haqqında müsbət fikirlərini söyləməyə başlayan kimi, aparıcı onun sözünü kəsərək, Jirinovskinin sözlərinin ermənilər tərəfindən mənfi qarşılanacağını bildirərək, mövzunu dəyişməyə cəhd edib. Lakin bir neçə dəqiqə sonra siyasətçi Rusiyanın istər Qərbdə istərsə də Şərqdə beynəlxalq ictimai fikrə təsir etmə rıçaqlarına hələ də malik olduğunu bildirdikdən sonra, yenidən Azərbaycanı müsbət nümunə kimi göstərib: "Elə həmin Azərbaycanı misal gətirək. Mən bu ölkə barədə söz açanda, bu, nə üçünsə, sizin heç xoşunuza gəlmir. İlham Əliyev tab gətirdi, o Rusiyanı, istər təyyarə, istərsə də Ukrayna məsələsində tənqid atəşinə tutmadı, baxmayaraq ki, ona təzyiqlər olunurdu. Qalanları isə - Moldova, Gürcüstan - AB ilə Assosiasiya sazişini imzalamağa qaçdılar. Bunlar fərqli postsovet respublikalarıdır. Güclü lideri olan çiçəklənən Azərbaycan var, çünki, onun atası da güclü olub. Mən şəxsən onun atasını tanıyırdım – çox gözəl, dahi insan idi".

Onun fikrincə, Rusiya müsəlman ölkəsi olan Azərbaycana böyük diqqət ayırmalıdır, belə ki, bu, yekunda Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, verilişin aparıcısı yenidən Jirinovskini efirdə Azərbaycana çox vaxt ayırdığına görə qınayaraq Azərbaycanı aşağılamaq məqsədilə Gömrük İttifaqına qoşulmaq niyyətində olmadığını bildirib və ölkənin İttifaqa qoşulmasına, ümumiyyətlə, ehtiyac olmadığını bildirib. "Əlbəttə, perspektivdə Azərbaycanın qoşulması çox əhəmiyyətlidir! İstənilən halda, Rusiya və Azərbaycan rəhbərliyi, XİN rəhbərləri, Dövlət Dumasının MDB məsələləri üzrə Komitə rəhbəri Leonid Slutski və Azərbaycan rəhbərliyi arasında əla münasibət var", deyə RLDP lideri vurğulayıb.

V.Jirinovski Rusiyanın müsəlman ölkəsi olan Azərbaycana daha çox diqqət yetirməli olduğunu qeyd edib: "Belə olacağı təqdirdə Rusiya həm Türkiyə, həm də İranla münasibətlərini yaxşılaşdıra bilər. İranda daha çox azərbaycanlı yaşayır".

APA

Tarix
2014.07.25 / 08:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla