Yuxarı

Ukraynaya qaçan rus əsgərindən şok açıqlama - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusunun əsgəri Andrey Balabanov könüllü şəkildə Ukrayna tərəfinə təslim olub.

Axar.az xəbər verir ki, Balabanov verdiyi açıqlamasında bir sıra maraqlı fikirlər səsləndirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Donetsk və Luqanska peşəkar hərbi mütəxəssislər, silah və zirehli hərbi texnika göndərir.

Əsgər bildirib ki, Rusiyanın qonşu dövlətə qarşı işğalçılıq planlarına etiraz etdiyi üçün Ukraynadan siyasi sığınacaq istəməyə gəlib: "Rusiya may ayından bəri Rostov vilayətində Ukrayna sərhədi yaxınlığında hərbi hissə yerləşdirib. Hər gün komandirlər əsgərləri inandırır ki, onları Ukraynadakı rusdilli əhalini qorumaq üçün hazırlaşdırırlar. Hərbi hissə Baş Kəşfiyyat İdarəsinin peşəkar hərbçiləri və Şimali Qafqazdan olan döyüşçülərlə komplektləşdirilir. Terrorçuları dəstəkləmək üçün Ukrayna ərazisinə hərbi zirehli texnikalar göndərilir".

Balabanov Ukraynaya keçməsinin səbəbini açıqlayıb: "mən qardaş qırğınında iştirak etmək istəmədiyim üçün Ukrayna tərəfinə keçdim. Bu mənim Rusiya rəhbərliyinin siyasətinə qarşı etirazımdır".

Tarix
2014.07.25 / 11:34
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla