Yuxarı

Avropa Rusiyaya yaxınlaşır: Bakıya problem yoxdur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın həyata keçirdiyi enerji layihələri Azərbaycanla kəsişmir".

Bu sözləri Axar.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Rusiyanın "Cənub axını" layihəsinin Azərbaycana gözlənilən təsiri barədə danışarkən dedi.

Onun sözlərinə görə, Azərbaycanın reallaşdırdığı layihələrlə "Cənub axını" arasında heç bir oxşarlıq yoxdur:

"Dövlət Neft Şirkətinin rəhbərliyi bir neçə dəfə bu məsələyə toxunub və açıqlama verib ki, "Cənub axını" ilə "Cənub qaz dəhlizi" bir-birinə paralel layihələrdir. Yəni bu layihələr bir-biri ilə kəsişən layihə deyil. Əgər belə götürsək, Azərbaycanın həyata keçirdiyi layihələr olan "TANAP" və "TAP" Cənubi Avropaya istiqamətlənmiş layihələrdir və sonuncu nöqtəsi İtaliyanın cənubudur. Azərbaycanın 2012-ci ildə Avropanın 9 şirkəti ilə imzaladığı alğı-satqı müqaviləsinə baxsaq, bu layihələrin 80 faizi İtaliyanın payına düşür. Yalnız bunun 2 milyardı başqa ölkələrə aiddir. Ancaq "Cənub axını" layihəsinə baxdıqda layihənin coğrafiyasından aydın görünür ki, bu layihə tamam fərqlidir. "Cənub axını" ilə ixrac olunacaq qaz Bolqarıstan ərazisindən keçərək Şərqi və Mərkəzi Avropa ölkələri də daxil olmaqla son dayanacağı İtaliyanın şimalıdır. Yəni heç bir nöqtədə bu layihə Azərbaycanın həyata keçirdiyi layihələrlə kəsişmir".

"Nabukko" layihəsi bitib

İqtisadçı ekspert onu da bildirdi ki, vaxtilə "Cənub axını" layihəsinə rəqib görünən "Nabukko" layihəsi artıq bitib. Bu layihə gündəmdə deyil. Heç onların ofisi də yoxdur. Görünür, Avropa bu məsələdə Rusiya ilə hansısa razılığa gəlib. Layihənin reallaşması artıq imkansızdır. Çünki reallaşsa belə, bu, 2018-ci ildən tez olmayacaq. Amma "Cənub axını" artıq 2015-ci ilin sonundan fəaliyyətə başlayır. Bütün bu hadisələrə rəğmən, deyə bilərik ki, "Nabukko" reallaşmasa da, Azərbaycan qazı bazarda özünə yer edib. Sadəcə, indiki layihələrlə qazın ixrac miqdarını artırmaqla da bazarda yerimizi möhkəmlədə bilərik. Artıq illik qaz ixracı 10 milyard kubmetrdir. Bunun 20 milyarda çatdırılması nəzərdə tutulur.

Rusiyanın Azərbaycanla bağlı heç bir problemi yoxdur

Ekspertin sözlərinə görə, narazılıqlar yalnız qiymət mövzusunda ola bilər:

"Bu layihələrin reallaşması nə Avropa ilə Rusiya arasında, nə də Rusiya ilə Azərbaycan arasında hər hansı narazılıqların yaranmasına gətirib çıxara bilməz. Sadəcə olaraq, bu layihələri reallaşdıran şirkətlərlə qiymət mövzusunda narazılıqlar ola bilər. Bu da istənilən halda öz həllini tapan məsələlərdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan qazı 2019-cu ildə həmin bazara çıxacaq. Amma Rusiya qazı 1968-ci ildən bazardadır və bazarın 30 faizi bu ölkənin əlindədir. Əgər "Cənub axını" reallaşarsa, bu, ildə 63 milyard kubmetr qazın Avropaya ötürülməsi deməkdir. Azərbaycana gəlincə isə bizim illik qaz ixracımız 10 milyard kubmetrdir. Bu məsələləri nəzərə alsaq, nəticə etibarı ilə bildirmək olar ki, Azərbaycanın məqsədi sadəcə olaraq bazarda yerini möhkəmləndirməkdir. Bu, təhlükə demək deyil. Bütün bunlara baxmayaraq, demək olar ki, Avropa bazarında Rusiyanın Azərbaycanla bağlı heç bir problemi yoxdur və Rusiya Azərbaycanla Avropa enerji bazarında kəllə-kəlləyə gəlməyəcək".

Yaxın 50 ildə Avropa ilə Rusiya ən yaxın partnyor olacaq

Ekspert onu da bildirdi ki, Rusiyanın enerji satışından siyasi məqsədlər üçün istifadə etməsi alqı-satqıya təsir etmir: "Hamıya məlumdur ki, Rusiya Avropanın qaz asılılığından istifadə edərək siyasi məqsədlərini reallaşdırmağa çalışır. Problem ondan ibarətdir ki, Avropa Rusiyanın qazdan siyasi alət kimi istifadə etməməsinə çalışır. Buna görə də Avropa "Xüsusi enerji paketi" deyilən qanun gündəmə gətirib. Rusiyadan da tələb olunur ki, enerji resurslarını Avropa bazarında satarkən bütün alqı-satqı məsələlərini məhz həmin enerji paketinə uyğun şəkildə aparsın. Həmin sənəddə göstərilir ki, enerji resursunu hasil edən və satan eyni şirkət ola bilməz. Bu da faktiki olaraq Rusiyanın "Qazprom" şirkətinə aid olunur. Avropanın istəyi "Qazprom" infrastrukturuna digər şirkətlərin qoşulmasıdır. Bu məsələlərdə Avropa ilə Rusiya razılığa gəlsələr, heç bir problem qalmayacaq. Rusiyanın özündə də belə bir fikir var ki, onların bir sıra şirkətləri bu layihələrə qoşulsa, təkcə "Qazprom"un yox, bir neçə şirkətin qazı veriləcək. Fikrimcə, bu problemlər aradan qalxacaq. Ona görə ki, dünyanın ən böyük qaz istehlakçısı Avropa, dünyanın ən perspektivli qaz ixracatçısı isə Rusiyadır. Yəni bunlar bir-birilərinin yanındadır və onlar hər zaman kompromisə getməyə məhkumdurlar. Avropanın bir illik qaz idxalı 550 milyard kubmetrdir. Rusiya heç vaxt belə bazardan imtina edə bilməz. İstənilən halda Avropa ilə Rusiya enerji məsələlərində dil tapacaqlar. Yaxın 50 ildə Avropa ilə Rusiya ən yaxın partnyor olacaq".

Tarix
2014.07.25 / 12:07
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla