Yuxarı

Yeni təhsil idarələri: quru ad, yoxsa keyfiyyətə doğru – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yerli İcra hakimiyyətləri bu işə qarışarsa, islahatlar nəticəsiz qalacaq".

Bu sözləri Axar.az-a Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü yeni təhsil idarələrinin yaradılmasına münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, islahatlar gözlənilən idi: "Təhsil sistemində struktur islahatlarının aparılması təhsilin inkişaf strategiyasında əsas istiqamətlərdən biridir. Düşünürəm ki, bu strukturun yaradılması yerlərdə orta məktəb və digər təhsil müəssisələrinin fəaliyyətinə müəyyən dərəcədə müstəqillik verəcək. Yeni yaradılmış strukturun funksiyası, onun fəaliyyət mexanizmi necə işlənəcək, biz onun deyə bilmərik. Yalnız onu deyə bilərəm ki, yeni yaradılmış təhsil idarələrinin səlahiyyətlərinə ümumi nəzarət, istiqamət vermək və köməklik göstərmək kimi üç istiqamətdə rəhbərlik nəzərdə tutulub. Bu da təhsil sisteminin idarə edilməsində çevikliyi, optimallığı təmin edəcək".

Birlik sədrinin sözlərinə görə, yeni yaradılan təhsil idarələri müəyyən mənada müstəqil olacaq:

"Yeni idarələr özünün fəaliyyətində müstəqillik qazanacaqdır ki, bu da çox vacib məsələdir. Tabeçiliyin bir qədər azaldılması istənilən halda keyfiyyətin yüksəldilməsinə gətirib çıxardacaq. Əvvəllər çoxvariantlı bir tabeçilik var idi. Bu da işin çevik şəraitdə həyata keçirilməsinə mane olurdu. İkinci vacib məsələ isə, düşünürəm ki, kadrların seçimi və təyinatı məsələsidir. Yerli İcra Hakimiyyəti orqanlarının əsla bu məsələdə rolu olmamalıdır. Bu sistem bütövlükdə Təhsil Nazirliyinin tabeçiliyində olmalıdır. Yəni təhsil müəssisələrində kadrların seçimi və təyinatı işləri ilə birbaşa nazirlik məşğul olmalıdır. Əgər yerli İcra orqanları bu işlərə qarışacaqsa, bəslənilən ümidlər doğrulmayacaq".

Ad fərqi olacaqsa...

Yeni təhsil idarələrinin yaradılmasına münasibət bildirən digər təhsil eksperti Məhərrəm Zülfüqarlı islahatların birtərəfli aparıldığını bildirdi. Onun sözlərinə görə, əsas ad dəyişikliyi yox, verilən səlahiyyətlərin artırılmasıdır: "Əslində, bu addımın atılması müsbət qiymətləndirilməlidir. Amma fikrimcə, islahatlar formaca deyil, məzmunca dəyişməlidir. Yəni təhsil idarələrinin yaradılması və yaxud onun başqa şəkildə adlandırılması deyil, ona verilən səlahiyyətlər, idarələrdə çalışanların və ümumiyyətlə, təhsil sahəsində çalışanların əmək haqqının artırılması bu islahatları təsirli edə bilər. Əgər ad fərqi olacaqsa, irəliləyiş hiss olunmayacaqsa, onda belə bir islahatın gələcəkdə də bir əhəmiyyəti olmayacaq".

Ekspertin fikrincə, islahatlar təhsil işçilərinin əmək haqqının artırılması ilə başlamalıdır: "Mikayıl Cabbarov Təhsil naziri təyin olunduqdan sonra müəllimlərin əmək haqlarının artırılmasından bir kəlmə danışmayaraq onların andiçmə və seçilməsi məsələsini qaldırdı. Yəni bunlar təhsilin keyfiyyətini artıracaq islahatlar deyil. Ona görə də birinci növbədə təhsilin maddi-texniki bazası artırılmalı və ilk növbədə təhsil işçilərinin maaşı qalxmalıdır. Avtomobilin görünüşünü dəyişməklə avtomobil yaxşı ola bilməz. Onun keyfiyyətli və uzunömürlü olması üçün ehtiyat hissələrini dəyişmək lazımdır. Təhsil də bu cürdür. Bu gün ölkədə ali təhsil müəssisələri Boloniya sisteminə keçib. Amma təhsil müəssisələrində çalışan müəllimlər Boloniyaya uyğun əmək haqqı almır. Sonda nəticə etibarı ilə bu yeniliklərin təhsilə necə təsir göstərəcəyi zamanla bəlli olacaq. İndidən hər hansı bir söz demək çətindir".

Xatırladaq ki, dünən Prezident Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda nazirliyin struktur tərkibində dəyişiklik edilərək regionlarda təhsil şöbələrinin ləğvi və əvəzində Regional İdarələrin yaradılması nəzərdə tutulub.

Tarix
2014.07.25 / 16:36
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla