Yuxarı

İlham Əliyev Maliyyə Nazirliyinin yeni binasında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub.

Axar.az prezidentin saytına istinadən xəbər verir ki, Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verib.

Qeyd edildi ki, Maliyyə Nazirliyinin ötən əsrin 50-ci illərində inşa olunan əvvəlki binası istismara yararsız vəziyyətdə idi və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının iş yerlərinin ən müasir standartlara uyğun yenidən qurulmasına dair tapşırığına əsasən paytaxtın ən gözəl və tarixi guşələrindən birində Maliyyə Nazirliyinin yeni inzibati binası inşa olunub. Bina Bakı şəhərinin müasir simasına uyğun, milli və orijinal memarlıq üslubunda tikilib. Burada nazirliyin mərkəzi aparatı, qurumun strukturuna daxil olan 2 dövlət agentliyi və 3 dövlət xidmətinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni binanın ərazisində əsaslı yaşıllaşdırma və abadlıq işləri aparılıb.

Əsas girişdə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Binanın akt zalı da müasirliyi ilə diqqəti cəlb edir. Burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Nazirliyin ekspozisiyalarının zənginliyi ilə seçilən muzeyində Azərbaycanın maliyyə sisteminin keçdiyi tarixi inkişaf yolu mərhələlər üzrə təqdim edilir. Muzeydə ölkəmizin qədim əsginasları, müasir maliyyə sektorunun formalaşdırılması istiqamətində ilkin tədbirlər, respublikamızın maliyyə sisteminin ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə keçdiyi zəngin inkişaf yolu, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, büdcə, xəzinədarlıq, sığorta və digər sahələrdə tətbiq edilən yeniliklər, Maliyyə Nazirliyinin beynəlxalq əlaqələri geniş əksini tapıb.

Dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış olub.

Maliyyə Nazirliyinin bütün strukturlarının və tabeliyindəki təşkilatların mərkəzi aparatla birgə yeni inzibati binada yerləşməsi vahid mərkəzdən və daha operativ idarəetməni təmin etməyə imkan verəcək, əməkdaşların iş əmsalını və məsuliyyətini daha da artıracaq.

Nazirliyin kitabxanası zəngin fondu, ən müasir texnologiya və avadanlıqla təchizatı baxımından diqqəti cəlb edir.

Dövlət başçısı Maliyyə Nazirliyinin son illərdə keçdiyi inkişaf yolu, geniş tətbiqini tapan kompleks islahatlar və yeni inzibati binadan bəhs edən qısa videoçarxa baxıb.

Sonra Prezident İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olunub. Qeyd edildi ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.

Dövlət başçısına ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını barədə də məlumat verilib.

Maliyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2014.07.25 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla