Yuxarı

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Təbrikdə deyilir: "Əziz həmvətənlər! Mübarək Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram".

Dövlət başçısı qeyd edib ki, hikmətlər hikməti olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu, düşüncəsini saflaşdıran əziz bir aydır.

Prezident vurğulayıb ki, Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur: "Ölkəmizdəki dövlət-din münasibətləri, vətəndaşların dini etiqad azadlığı milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir. Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusi vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir".

İlham Əliyev bildirib ki, bu günlər cəmiyyətimiz əsl bayram sevinci ilə yaşayır. Orucluğun sınağından könül xoşluğu və fərəhlə çıxanlar dünyanın və ölkəmizin əmin-amanlığı naminə və Vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhları üçün dualar edirlər: "Mərhəmət, şəfqət və bərabərlik rəmzi olan Ramazan ayında inanclı vətəndaşlarımızın tutduğu orucun, etdiyi dua və niyyətlərin Allah dərgahında qəbul olunmasını diləyir, bir daha hər birinizin bayramını təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!"

Tarix
2014.07.25 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla