Yuxarı

Bütün orqanları kəlləmayallaq yerləşən dahi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Divanəlik və istedad arasındakı bağlılıqdan çox danışılıb. Biz onları təkrarlamaq istəmirik. Ancaq istedadlı divanələr tamamilə ağıllı bəşərəiyyətə çox böyük, həm də olduqca pozitiv təsir göstərirlər. Dünya fikri tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər, həm də dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu şəxsiyyətlərin bədii örnəklərini psixi baxımdan tamamilə sağlam, lakin o qədər də istedadlı olmayan qələm sahibləri az və ya çox uğurla təxmis etmiş, onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya durduqca beləcə də davam edəcək.

Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim edir.

Nikolay Vasilyeviç Qoqol (Yankovski) (1809-1852), rus yazıçısı, dramaturq, şair, tənqidçi, publisist.

Diaqnoz

Şizofreniya, vaxtaşırı baş qaldıran psixoz.

Simptomları

Görmə və səs hallüsinasiyaları: süstlük və tam fəaliyyətsizlik (tormozlanma) dönəmləri (tam hərəkətsizlikdən tutmuş xarici aləmdəki qıcıqlara qarşı reaksiya qabiliyyətinin itməsinədək) və bu halla əvəzlənən oyanma tutmaları, depressiyaya düşmə, kəskin ipoxondriya (xəstələnməkdən qorxma nəticəsində baş verən ruh düşkünlüyü; ümidsizlik, məyusluq – tərc.), klaustrofobiya. Böyük yazıçı elə güman edirdi ki, bədənindəki bütün orqanların yeri qarış-quruş olub, mədəsi isə kəllə mayallaq yerləşdirib.

Xəstəlik tarixi

Şizofreniyanın bu və ya digər təzahür formaları Qoqolu bütün həyatı boyu müşayiət edib, ancaq ömrünün sonuncu ili xəstəliyi xeyli kəskinləşmişdi. 26 yanvar 1852-ci ildə yazıçının yaxın dostunun bacısı Yekaterina Mixaylovna Xomyakova qarın yatalağından vəfat edir və bu ölüm yazıçıda kəskin ipoxondriya tutmalarının başlamasına səbəb olur. Qoqol arasıkəsilmədən dualar etməyə bşlayır, yeməkdən imtina edir, halsızlıq və əzginlikdən şikayətlənir və inandırır ki, ölümcül xəstəliyə yoluxub. Halbuki həkimlər yüngül mədə-bağırsaq pozğunluğundan başqa bir xəstəliyi olmadığını söyləyirdilər. Sonradan məlum oldu ki, yazıçıya sadəcə diaqnoz qoya bilmirdilər. Fevralın 11-dən 12-nə keçən gecə Qoqol əlyazmalarını yandırır (səhərisi gün isə bu hərəkətini cin-şeytan axtarması ilə izah edir), getdikcə vəziyyəti daha da pisləşir. O qədər də peşəkar şəkildə aparılmayan müalicə (burun deşiyinə zəli qoymaq, soyuq döşək ağına bükmək və başını buzlu suya salmaq) isə heç bir nəticə vermir. 21 fevral 1852-ci ildə yazıçının ürəyi dayanır. Ölümün əsl səbəbləri isə indiyədək aydın deyil. Ancaq çox güman ki, Qoqol özünü tam olaraq psixi və fiziki cəhətdən ölüm həddinə çatdırmışdı – istisna deyil ki, müasir psixatriyanın köməkliyi sayəsində yazıçının xilas etmək mümkün olardı.

Bəşəriyyətə bəxş etdiyi ideyalar

Meşşanlara yarı ikrah, yarı mərhəmətdən doğan qəribə bir məhəbbət. Təəccüblü dərəcədə dəqiq tapılmış rus tiplərinin bütöv dəstəsi. Qoqol bu günədək aktual olan bir neçə rol modeli yaradıb (bu, "Ölü canlar"ın personajlarının simasında daha aydın nəzərə çarpır).

Qədim Qoqol-Yankovski zadəgan nəslindən olan Nikolay Vasilyeviç Qoqol 19 mart 1809-cu ildə Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә anadan olub. Ecazkar ikona Müqəddəs Nikolayın şərəfinə uşağa Nikolay adı qoyulur. Ailə rəvayətinə görə, o, Ukraynanın qədim kazak nəslindən idi və getman (keçmişdə Ukraynada kazak qoşunları başçısı – tərcüməçi), Ostap Qoqolun varislərindəndir. Qoqolun atası Malorusiyanın xırda mülkәdarlarından olub xoşxasiyyәt, eyş-işrәt sevәn bir şәxs, anası isә sadәdil, hər sözə inanan, ibadətlə məşğul olan qadın imiş. Qoqolun tәbiәt vә xasiyyətində valideynlərinin bu müxtәlif әxlaq vә әtvarı müşahidә olunardı. Belә ki, Qoqol gah şad vә xürrәm olur, hər kəsi şirin vә dadlı söhbәtlәri ilә valeh edir, gah da adamlardan qaçıb, bir bucağa sığınaraq sonsuz qәm vә әlәmә mübtәla olardı.

Qoqol on üç yaşına kimi atasının mülkündә dinc vә rahat yaşayır, kәnd әhlinin dolanışığı ilә tanış olur. Burada Qoqol malorusların eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ənənə vә adәtlәrini, әxlaq vә ədəblərini bilavasitә müşahidә edirdi. Sonralar bu müşahidələr yazıçının öz əsərlərində əksini tapır.

Qoqol 13 yaşına çatanda tәlim üçün Nejin gimnaziyasına yazılır. Burada Qoqol istək vә meylini әdәbiyyata salır, tәlim işlәrinә elə də şövq vә hәvәs göstәrmirdi. 1828-ci ildә gimnaziyanı qurtarıb qulluq etmәk şövqünә düşür vә bu məqsədlә Peterburq şәhәrinә yollanır. Amma burada onun işlәri istədiyi kimi getmir vә ancaq iki ildәn sonra departamentlәrin birindә özü üçün alçaq bir məmurluq xidmәti tapır.

Qoqol Peterburqda mәşhur Jukovski ilә tanış olur vә onun vasitә vә kömәyi ilә kәnardan özünә bir iş tapıb, maaş sarıdan işini bir az yüngüllәşdirir. 1831-ci ildә isə Puşkin ilә tanış olur vә bu tanışlığın onun həm həyatına, həm də yaradıcılığına böyük təsiri olur. Böyük rus ədibi Qoqolun böyük vә müqtәdir bir әdib olduğunu bildirib bununla onun tәbinә tab vә qәlәminә qüvvәt verir. Tədqiqatçılar qeyd edir ki: "Puşkin ilә yaxın olduqdan sonra Qoqola sanki tәzә bir hәyat verilir: tәbi şahə qalxır. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirlәr, pәrdә arxasında olan çox mәnalar açılıb aydınlığa çıxır".

Təsadüfi deyil ki, Qoqolun yaradıcılığı bu gün rus ədəbiyyatının günəşi hesab olunan Aleksandr Sergeyeviç Puşkinlə birlikdə çəkilir, onun həm rus ədəbiyyatı, həm də dünya ədəbiyyatı tarixində tutduğu yer yüksək qiymətləndirilir.

Tarix
2014.07.28 / 09:30
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla