Yuxarı

Ötən gecənin qara olayları - Xronika/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:15

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Saatlı rayonu, Soltanabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı tikintisi başa çatmamış evin tavanının yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin mətbəxinin taxtadan ibarət tavanı 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində ("Mingəçevir" sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyevin batmış cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 km aralıda tapılaraq sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 04:00-da başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qaıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 18-ci mərtəbədə qonşu mənzilin eyvanindan 16-cı mərtəbədə yerləşən mənzilin eyvanına enərək daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib. Əməliyyat saat 23:58-də başa çatıb.

***

17:24

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 700-800 metr aralı, nəzarət olunmayan ərazidə) 2001-ci il təvəllüdlü Rizvan Sevdim oğlu Məcidov batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. R.Sevdimovun cəsədi batdığı yerdən 150 metr aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:09-da başa çatıb.

***

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 45 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Cəlilabad rayonu, Maşlıq kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövləyə yığılmış 1 ton ot bağlamasının 400 kq-ı yanıb. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Tərtər rayonu, Mamırlı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 12:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Göyçay rayonu, Potu kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə və çardağına yığılmış 1 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Xaçmaz rayonu, Bostançı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5,6 ton ot bağlamasının 3,6 tonu, ümumi sahəsi 104 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və tövləyə yığılmış 3 ton ot bağlamasınin 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.07.28 / 17:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla