Yuxarı

Məcburi köçkünlər yaşıllığın müdafiəsinə qalxdı - Axar TV

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonu Müşfiqabad qəsəbəsində bir qrup məcburi köçkün yaşadıqları binanın qarşısında ticarət obyektlərinin tikilməsinə etiraz ediblər.

Sakinlərin narazılığına səbəb, binalarının qarşısında istirahət üçün nəzərdə tutulmuş yaşıllıqların məhv edilməsi və yerində obyekt tikilməsidir.

Axar.az-ın hadisə yerində olan əməkdaşının apardığı müşahidələr də sakinlərin iddialarının doğru olduğunu təsdiqləyib. Artıq tikiləcək obyektlərdən bəzilərinin bünovrəsi qazılıb, bəzilərinin isə yeri işarələnib.

Hətta sakinlərin dayanacaq kimi istifadə etdikləri yerdə də ticarət obyekti tikilib. Etirazçıların sözlərinə görə, yaşıllıqları məhv etmək üçün MİS nümayəndələri parkın suvarma sistemini bağlayıb, ağacları qurutmağa çalışırlar.

Sakinlər deyir ki, dəfələrlə imza toplayıb Mənzil İstismar Sahəsinə və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsələr də, cavab ala bilməyiblər. Heç bir qurum məsələni öz üzərinə götürməyib.

Qəsəbə sakini Nurlan Əliyev, onlara qarşı edilən haqsızlıqları ictimailəşdirərək problemə aidiyyatı dövlət qurumlarının diqqətini cəlb etmək istədiklərini bildirib: "Yaşadığımız binanın düz qarşısında obyektlər tikilir. Ancaq o ərazi bina sakinlərinin istirahəti üçün nəzərdə tutulub. Burada yüzdən çox uşaq var. Onlar həyətə düşəndə oynamağa yer tapmayacaqlar. İstirahət üçün qoyulan oturacaqlar bir gecədə yığışdırılıb, satılıb. 50-dən çox ağac kökündən çıxarılıb, qalanları da məqsədli şəkildə məhv edilir".

Nurlan Əliyevin dediyinə görə, məqsəd bu yaşıllığın yerində sıra ilə obyektlər tikib istifadəyə verməkdir: "Ancaq buna kim icazə verib bilmirik. Heç kim bu qanunsuzluğa dur demir. Özbaşınalıq baş alıb gedir".

Sakinlər bu hadisələrin başında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Pənah adlı şəxsin durduğunu bildirirlər. Ancaq onun kim olduğunu şikayətçilər də bilmir.

Apardığımız müşahidələrdən bəlli oldu ki, hətta binadakı boş mənzillər də "gözəllik salonu, dərzi, geyim dükanları" kimi istifadə edilir. Sakinlər binanın zirzəmilərinin də tamamilə satılaraq özəlləşdirildiyini deyirlər.

Nurlan Əliyev deyir ki, imza toplayıb aidiyyatı qurumlara müraciət ediləcək, əgər şikayətə baxan olmasa, yaxın günlərdə etiraz edib yolu bağlamağı düşünürlər: "Nəyin bahasına olursa olsun, binanın qarşısında tikinti aparılmasına imkan verməyəcəyik".

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Tarix
2014.07.28 / 11:35
Müəllif
Nərgiz Liftiyeva
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla