Yuxarı

Vəhhabi təhlükəsi: “AAAF İnşaat” rəhbərinin həbs səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AAAF Park" yaşayış kompleksində Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalardan sonra saxlanıldığı bildirilən "AAAF İnşaat" MMC-nin rəhbəri Tofiq Heydərovla bağlı Axar.az-a daxil olan məlumatlar təsdiqlənməkdədir.

"Aznews.az" özəl mənbəyə istinadla şirkət tərəfindən direktorun həbs xəbərinin təkzib olunmasına baxmayaraq, həbsin real olduğunu bildirib.

Xatırladaq ki, Heydərovun əslində radikal dini cərəyanlara, xüsusən vəhhabilərə yaşıl işıq yandırdığına görə DİN Banditizmə və Terrorizmə qarşı Mübarizə Baş İdarəsində saxlanıldığı qeyd olunur. Onun uzun müddətdir Abşeronda və Xırdalanda vəhhabi məzhəbindən olan şəxslərə maliyyə yardımları göstərməklə yanaşı, bu dini cərəyanların nümayəndələrinin işlə, yaşayış yeriylə təmin olunmasında, eləcə, onların təhlükəsizliyinin təmin edilməsində ağsaqqallıq missiyasını yerinə yetirməsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Hətta iddia olunur ki, qatı dindar olan Heydərovun rəhbəri olduğu obyektlərin əksər işçiləri də məhz vəhhabi məzhəbinin nümayəndələri olublar.

Maraqlıdır ki, bu fakt hələ bu ilin fevralında Abşeron Rayon İcra Hakimiyyətini başçısı Zakir Fərəcovun rayon ərazisində fəaliyyət göstərən radikal dini qruplaşmalarla bağlı keçirdiyi xüsusi toplantıda səsləndirlən fikirlərlə üst-üstə düşür, hətta eynilik təşkil edir.

Belə ki, icra başçısı həmin zaman – vəhhabi probleminin gündəmə gəldiyi bir vaxtda rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta tikinti şirkətlərinin təmsilçilərinin iştirakıyla çağırılan iclasda çox ciddi mesajlar vermişdi. Bildirilirdi ki, iclasdan əvvəl icra başçısı Zakir Fərəcov Polis İdarəsindən və Milli Təhlükəsizlik Nazirliyinin Abşeron rayon şöbəsindən rayondakı radikal dini qruplaşmalarla bağlı ilginc məlumatlar almış, həmçinin radikal dini qruplaşma üzvlərinə kömək göstərən şəxslərlə bağlı ciddi ölçü götürüləcəyi barədə xəbərdarlıq etmişdi. Hələ o vaxt xəbərdarlıq edilənlər arasında "AAAF İNŞAAT MMC"nin təsisçisi Tofiq Heydərov da olmuşdu. Rayon rəhbəri ona işçilərinə nəzarət etməyi tapşıraraq, dini qruplaşmaların işinə yardımçı olmağın böyük risk olduğunu söyləmişdi. Qeyd olunmuşdu ki, radikal dini qruplaşma üzvləri ilə hər hansı formada əməkdaşlıq və ya onlara yardımla bağlı xəbərlər təsdiqlənəcəyi təqdirdə heç kəsə güzəşt edilməyəcək.

İndi vəziyyət həddindən artıq qəlizdir - təkcə Heydərov, onun ətrafı, himayə etdiyi şəxslər deyil, həm də "AAAF Park"da mənzil və ya obyekt alan şəxslər üçün də.

Qeyd edək ki, "AAAF Park" yaşayış kompleksində ailə sağlamlıq mərkəzi, uşaq bağçası, hotel, restoranlar, müxtəlif təyinatlı mağazalar, hər biri 6 sot ərazidə inşa edilmiş 2 mərtəbəli çoxsaylı villalar, 4 mərtəbəli yaşayış evləri, uşaqlar üçün əyləncə parkı var. Burada məktəblə yanaşı, ağır atletika ilə məşğul olan "Zirvə" idman klubunun üçmərtəbəli böyük binası da inşa edilib. "Zirvə"nin AZAL prezidenti Cahangir Əsgərovun prezidenti olduğu federasiya ilə əlaqələri də mövcuddur.

Tarix
2014.07.28 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla