Yuxarı

Koka-kolanı Yasir Ərəfat maliyyələşdirib – Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1886-cı ildə ABŞ məmuru tərəfindən əsası qoyulmuş, bu günə qədər dünya brendi adını qoruyan Koka-kola ("Coca-Cola") barədə yeni fakt irəli sürülüb.

Axar.az xəbər verir ki, fələstinlilərin qırılmasında maliyyə rolunu oynadığı iddiası ilə boykot edilən bu içkinin sərmayəçiləri sırasında Fələstin lideri Yasir Ərəfat da olub.

Nobel mükafatı laureatı və BMT-də faktiki dövləti olmayan bir xalqı təmsil edən Fələstin lideri Yasir Ərəfat vaxtilə əldə etdiyi gəlirlərinin bir hissəsini Koka-kola şirkətinə də yatırıbmış. Yasir Ərəfat milyardlarla ölçülən şəxsi varidatını bir çox dünya brendlərinə yatırmaqla qazancını artırırmış. Y.Ərəfatın Küveytdə böyük tikinti biznesinə yatırdığı sərmayə ilə bərabər, Lüksemburq, Avstriya, Kayman adalarında bank hesabları, İtaliya, Fransa, İsveçrədə şirkət və bankları varmış.

Ərəfatın Koka-kolaya yatırdığı sərmayə isə 1 milyard dollar olaraq qiymətləndirilir.

İddiada həmçinin vurğulanır ki, Yasir Ərəfatın adına olan bu vəsaitlərin çoxu Fələstin Müqavimət Hərəkatına ərəb ölkələri tərəfindən edilən yardımlar, BMT-nin etdiyi maliyyə dəstəyi və Fələstin diasporunun göndərdiyi pullardan təşkil edilib. Ərəfat bu gəlirlərlə Fələstin Müqavimət Hərəkatını maliyələşdirirmiş.

2004-cü ildə Yasir Ərəfat dünyasını dəyişəndən sonra qurduğu biznes və gəlirlər qanunla arvadına çatsa da, vəsiyyətə uyğun olaraq, Suca Ərəfat bank hesablarının kodlarını həyat yoldaşının silahdaşlarına ötürüb. Yeni Fələstin rəhbərliyi ilə olan razılaşmaya əsasən, Suxa Ərəfat əvəzində ehtiyacsız yaşamaq haqqını qazanıb.

Bəzi iqtisadçılar bu faktı əsas gətirərək, əslində, Koka-kolanın fələstinlilərin qırılması və yəhudilərin silahlanması ilə heç bir əlaqəsi olmadığını, bu kampaniyanın şirkətin rəqibləri tərəfindən ortaya atıldığını bildirirlər. Onların fikrincə, Koka-kolanın rəqibləri müsəlman ölkələrində bu şirkətin mövqeyini zəiflətmək istəyirlər.

Tarix
2014.07.28 / 22:05
Müəllif
Rəşid Mustafazadə
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla