Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ərazisi 5 ha olan fərdi təsərrüfat sahəsində 50 kub.metr taxta materiallar və 200 kv.m sahədə quru ot yanıb. Yaxınlıqdakı istixanalar və üzüm sahəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Ucar rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bərdə rayonu, Yeni Daşkənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus 1 ton ot bağlamasının 300 kq-ı yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:13-də yanğınsöndürənlər tərəfindən söndürülb.

***

Quba rayonu, Mirzəqışlaq kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus 800 kq ot bağlamasının 500 kq-ı yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Qax şəhərində vətəndaşa məxsus həyətyanı sahədə 0,5 ha sahədə üzüm bağı, ona bitişik ümumi sahəsi 150 kv.m talvarın yanar konstruksiyaları 60 kv.m sahədə, altına yığılmış 300 kq ot bağlaması və yaxınlıqda 1 ha sahədə quru ot yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin giriş qapısının kilidini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq içəri daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:27-də başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:42-də başa çatıb.

Tarix
2014.07.29 / 08:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla