Yuxarı

Nazirlik ermənilərin təxribatı barədə açıqlama verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-ində Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomaşınının atəşə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri mülki əhali, qeyri-hərbi obyektlər və nəqliyyat vasitələrinin, o cümlədən üzərində beynəlxalq humanitar təşkilatların fərqlənmə nişanları olan əməkdaşların və nəqliyyat vasitələrinin Cenevrə Konvensiyasının müdafiəsi altında olmasına hörmətlə yanaşır. Müharibə qanunlarına əməl etməklə Azərbaycan Ordusunun bölmələri yalnız hərbi əhəmiyyətli obyektlərə qarşı cavab tədbirlərindən istifadə edir.

"Bir çox hərbi cinayətlər törətmiş Ermənistan beynəlxalq humanitar təşkilat nümayəndələrinin döyüş bölgələrinə səfərlərindən də öz çirkin məqsədlərinə nail olmaq üçün istifadə etməyə çalışır. Cəbhənin ön xəttində yerləşən ərazilərə təşkil edilən belə səfərlər zamanı ermənilər onları müxtəlif istiqamətlərdən atəşə tutaraq təxribat törətməyə və Azərbaycan tərəfini günahlandırmağa cəhd göstərirlər. Bu səbəbdən də Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitəsinin atəşə tutulmasının erməni bölmələri tərəfindən təxribat məqsədilə həyata keçirilməsi heç bir şübhə doğurmur", - deyə Müdafiə Nazirliyi bəyan edib.

Nazirlik xatırladıb ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri müdafiənin ön xəttində yerləşən Azərbaycan Ordusunun mövqelərini və cəbhə boyu yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Son 10 gün ərzində düşmən tərəfindən atəşkəs rejimi 500 dəfəyə yaxın pozulub. İntensiv olaraq Ermənistan-Azərbaycan dövlət sərhədindəki Tovuz və Qazax rayonlarının sərhədyanı kəndləri, orada yaşayan dinc sakinlər – uşaqlar, qadınlar və qocalar daha çox düşmən atəşinə məruz qalır, təsərrüfat işlərinin aparılmasına maneçilik törədilir. Qısa müddət ərzində düşmən tərəfindən açılan atəşdən mülki əhali arasında yaralıların olması erməni birləşmələrinin atəşkəs rejimini məqsədyönlü şəkildə pozmalarını növbəti dəfə təsdiq edir.

"Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejiminə əməl edir, mülki əhalini, qeyri-hərbi obyektləri atəşə tutmur, yalnız düşmən tərəfindən atəşkəs rejimi pozulduqda onun susdurulması məqsədilə cavab tədbirləri həyata keçirir", – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, "News.am" saytının məlumatına görə, BQXK-nın İrəvan Nümayəndəliyinin kommunikasiya üzrə proqram rəhbəri Zara Amaturi onların avtomobilinin Ermənistan-Azərbaycan sərhədində atəş altına düşdüyünü bildirib. BQXK atəşkəsin hansı tərəfdən pozulduğuna dair açıqlama verməkdən çəkinib. Təşkilatın nümayəndəsi yalnız onu bildirib ki, atəş səsləri sərhədin hər iki tərəfindən eşidilib.

Tarix
2014.07.29 / 12:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla