15 gündə qarın piyini əridən içki
02:05
Ana səhifə Planet |
ABŞ Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı Ukraynaya söz verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukraynanın Xarici İşlər naziri Pavel Klimkinlə Ağ Evdə görüşü zamanı söyləyib. Bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda ABŞ vitse-prezidentinin Ukrayna prezidenti Pyotr Poroşenkonun sülh planına, həmçinin, Ukraynada siyasi və iqtisadi islahatlara tam dəstək olduğu qeyd edilir. Bundan başqa, vitse-prezident Ukraynanın bu gün qarşılaşdığı kəskin problemlərin aradan qaldırılması üçün zəruri siyasi və texniki yardımı davam etdirəcəyini vurğulayıb.
Tarix
2014.07.29 / 14:15
|
Müəllif
Ülkər Cəfərova
|