Yuxarı

“Məni söydüyünə görə hamı bayram sovqatı alacaq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu Ramazanda xeyli savab qazandığımı düşünürəm. Aylardır yazı yazmayan, müsahibə verməyən, status yazmayan sözdə jurnalistlər, ilahiyatçılar, bloqqerlər, dostluğuma girmiş bəzi şəxslər, yuxuya getmiş saytlar, hətta keçmiş bir deputat sanki bir dirijorun çubuğu ilə hərəkətə gəlib, haqqımda olmazın hədyanlarını yazdılar, təhqiramiz mesajlar göndərdilər".

Axar.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Fazil Mustafa öz Feysbuk statusundan paylaşıb. Millət vəkili ona tənqid yağdırdığına görə bəzilərinin "QUM torbası" deyə eyham etdiyi bir sovqat alacağını dilə gətirir:

"Baxın, görün nə qədər ailəyə QUM torbasında bayram sovqatı göndərəcəklər məni söydüklərinə görə. Başqa bir məqama gəlmək istəyirəm. Qurani Kərimdə dəfələrlə qeyd olunan bir Allah kəlamı var: "Vay o namaz qılanların halına ki, filan-filan pis əməlləri törədirlər". Anlaşılan budur ki, böhtançıların əksəriyəti özlərinin bildirdiyinə görə namaz qılanlardır. Ən populyar böhtanları da nurçuluq ittihamıdır. Bunu isbatlaya bilməyənlər, böhtançı olaraq bir günah daşıdıqlarının fərqindədirlərmi? Allahıma hər zaman şükür edirəm ki, hər cür təriqətüstü, məzhəbüstü, aydın bir İslam anlayışına sahibəm və bu səbəbdən də bu mövzularda səmimi müzakirələr apara bilirəm. Sağlam müzakirə aparan hər kəsə də təşəkkürümü bildirmək boynumuzun borcudur. Adamları deyil, fikirləri dartışmağı bacaran cəmiyyətlərə sağlam ideyalar, münasibətlər daha rahat ortaya çıxar".

Xatırladaq ki, Fazil Mustafa bütün dünya müsəlmanlarının iyulun 28-də Ramazan bayramını qeyd etdiyini əsas gətirərək, yalnız İran İslam Respublikasının iyulun 29-da bayram etdiyini və Qafqaz Müsəlmanları İdarəsinin də həmin gün üçün bayram fitvası verdiyini qınamış və bunu İranın ardınca sürünmək kimi qiymətləndirmişdi. Bundan sonra isə QMİ-nin bu fitvasına münasibətlər haçalanmışdı: Fazil Mustafanı qınayanlar da, təqdir edənlər də oldu.

Tarix
2014.07.29 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla