Yuxarı

Ateist: “Roman yazarkən Allaha inanmalısınız”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu, mənim nə vaxtsa keçirdiyim ilk mətbuat konfransımdır. Özümü sanki Yaxın Şərqdə sülh prosesində birdən partlayış elanı verməliyəmmiş kimi hiss edirəm..."

Amerika yazıçısı, "Bədii ədəbiyyat" nominasiyasında milli kitab mükafatı, eləcə də Pulitser və Dublin mükafatları laureatı, "Azadlıq" və "Təshihlər" kimi gözəl əsərlər müəllifi Conatan Franzenin kompaniyada ilk saatı belə başladı. Budur, bu da onun söylədikləri.

Mən haradasa naməlum bir yerdə pult arxasında oturub duaları qəbul edərək onlara cavab verən Allaha inanmıram. Mən dini tərbiyə almışam, ancaq 1970-ci illərdə Qərbin mərkəzində böyümüşəm və hər şey məcazlarla çox zəngin olub. Mənim üçün qətiyyən fərqi yoxdur, Allah hər hansı bir konkret səbəbdənmi uydurulub, yoxsa ümumiyyətlə, o, yoxdur.

Düzünü desəm, mən nə isə yazanda dindən daha çox elm haqqında düşünürəm. Mənim üçün incəsənət öz-özlüyündə bir dindir, buna etiraz etmək isə din yox, elmin dəhşətli materializmidir. Beləliklə, saatlarla oturub fikirləşirəm və dərk etməyə çalışıram ki, mənim qəlbim var, ruhi təfəkkürüm var, ancaq yenə də bir elm tərəfdarı kimi bilirəm ki, bunlar yalnız karbon, hidrogen və oksigenin molekullarıdır. Zənnimcə, əgər ciddi yanaşsaq, elmdə kifayət qədər maraqlı məsələlər var. Əgər təkcə fantast-yazarlar deyil, ümumilikdə əksər yazıçılar buna diqqət yetirsəydilər, mən çox xoşbəxt olardım.

Şübhə yoxdur ki, ABŞ-da işlər o qədər də yaxşı getmir. Ancaq bədbin baxışlarla da razı deyiləm. Əgər ölkənin 1937-ci ildəki durumuna nəzər salsanız, bəlkə də belə nəticəyə gələrsiz ki, Marks haqlı imiş. Əlbəttə, nəticə bizə bəllidir. Fikrimcə, hazırda baş verənlər – ümumdünya tendensiyasıdır. Zənn etmirəm ki, bu, istisna olaraq ABŞ-a tətbiq edilə bilər. Mənim nöqteyi-nəzərimcə, texnologiya və kapitalizmin qovuşuğundan dünya həqiqətən də nəzərət olunmaz bir hala gəlib çatıb.

Söhbət Avropadan gedirsə, orada siyasətçilərin, demək olar ki, heç bir dəyəri yoxdur. Avropada qərarları bankirlər və maliyyə mütəxəssisləri qəbul edirlər. Bunun demokratiya və xalqın iradəsi ilə əlaqəsi belə yoxdur. Və biz bütün bunların girovuna çevrilirik, çünki iPhone-u sevirik!

Bir neçə il bundan əvvəl Çinə gedəndə məndə belə bir təəssürat yarandı ki, bura respublika ölkəsidir. Burada bir qrup olduqca zəngin yaşayır, ancaq insanların əksəriyyəti, xüsusilə də kəndlilər tam yoxsulluq həddindədirlər. Siz Şanxaya gedirsiniz və necə fikirləşirsiniz, insanlar nə istəyirlər? Onlar təzə iPhone istəyirlər!

Mənim qadjetlərlə problemim ondan ibarətdir ki, müəyyən bir vaxt hansısa yaramaz bir sayta baxıram, sonra isə elə həmin ekrandaca Ceyn Osteni oxuyuram. Düşünürəm ki, ciddi oxucular üçün daimilik hissi qorunub saxlanılmalıdır. Həyatınızdakı yerdə qalan şeylər tez dəyişəndir. 50 il sonra daima və dəyişməz olanlara ehtiyac duyan oxucular olacaqmı? Deyə bilmərəm. Ancaq qorxuram ki, əgər dünyada daimilik çatışmasa, əgər istəniləni anından asılı olaraq "necə gəldi" düzüb-qoşmaq mümkün olacaqsa, dünyanı işləməyə sövq etmək çox çətin olacaq.

Qəribədir, insanlar ölümsüzlüyə və ya heç olmazsa, mümkün qədər çox yaşamağa nə qədər çox can atırlar. Ölüm haqda düşünərkən özlərinə təskinlik verərək deyirlər: "Nə etmək olar, o artıq mənim problemim olmayacaq!" Ancaq dünya elə sürətlə dəyşir ki, əgər yaşınız səksəni adlayarsa, buna psixoloji baxımdan tab gətirmək mümkünsüz olacaq.

Bir oxucu kimi həqiqətən də məmnunluq tapa biləcəyim roman tapmaqda çətinlik çəkirəm. Uzun-uzadı kitablar yaza bilmirəm və xoşbəxtəm ki, belə yazıram. Bir də mən oxuya bilməyənlər üçün yazmıram.

XIX əsr roman yazarlarının üstünlüyü onda idi ki, onlar arasında heç bir rəqabət yox idi, həm də Dikkens və ya Tolstoy kimi yazarlar həqiqətən də "oxucu tutmağın" yollarını yaxşı bilirdilər. Əlbəttə, biz XIX əsrdəki kimi yaza bilmərik, ancaq gündən-günə, yaxşı mənada dəyişən elmlə yüklənmək məqsədinə doğru gedə bilərik.

Azad mətbuatın mövcud olması çox vacibdir, ancaq müasir KİV-in özünəməxsus məntiqi var, onlar o qədər də yüksək tezliklə işləmirlər. Nəticədə biz nəinki şəffaflığa nail olmuruq, hələ bir üstəlik çox tez-tez təhrifləlrə və yanlışlıqlara da rast gəlirik. Buna görə də bizə məhz romanlar lazımdır - onların tezliyi tamamilə fərqlidir. Kitabın yazılması xəbərlərin hazırlanmasından həddən çox zaman alır. Eyni zamanda, mütaliə də xəbərlərin mənimsənilməsindən uzun sürən bir prosesdir. Roman oxucuları tezlikdə itirsələr də, rəngarənglikdə qazanırlar və düşünmək üçün daha çox zaman əldə edirlər.

Belletrist dəyərli əsər yazmaq üçün dolğun və məzmunlu həyat yaşamalıdır. Mütləq öz şəxsi təcrübəndə həyatın dərinliklərinədək, bəzən isə hətta dibinədək enməlisən ki, yaradıcılıqda müvəffəq olasan. Belə kitabların yazılması səbəbləri çox sadədir – çox güman ki, əksəriyyət artıq belə bir təcrübədən keçib, odur ki, anlamaq amili burada ön sırada dayanır və qəlbə sirayət edir. Əlbəttə, ömrünüzün, həyatınızın bir parçasını, həm də qərəzsiz bir parçasını ümumun ixtiyarına verməklə çox böyük risk edirsiniz və sözsüz ki, əgər bu hissə oxucu tərəfindən anlaşılmasa və qəbul edilməsə, çox böyük ağrı verəcək, ancaq önəmli olan əsas duyğu – minnətdarlıqdır.

Ətrafımızda gördüyümüz gerçəkliklə hekayətlərin mütaliəsi arasındakı fərq ondadır ki, reallığın heç bir mənası yoxdur. Əhvalat heç zaman bitmir. Həm müəllif, həm də oxucu üçün romanın cazibə qüvvəsi ondan ibarətdir ki, siz özünüzün mikro aləminizi yaradırsınız. İnsanlar elə buna görə də mütaliə edirlər. Siz dünya ilə, reallıqlarla mübarizə aparırsınız və bəzən bu, çox mənasız görünür, lakin bədii ədəbiyyatın yardımı ilə bir neçə saatlıq da olsa sığınacaq tapırsınız və burada hər bir varlığın öz anlamı olur

Təcrübi nöqteyi-nəzərdən, zənnimcə, işləyərkən internetdən istifadə etmək yaramaz. Xırdalıqlara yayınmamalısınız. Məsələ ondadır ki, KİV eyni şeyi gündə min kərə təkrarlayır. Kütləvi mədəniyyətin bizə mühüm bir xəbər kimi təqdim etdiyi məlumatların əksəriyyəti əslində heç də o qədər önəmli deyil. Romanın əsas vəzifəsi – fikirlərini toplamaqda insanlara yardım etmək və diqqəti KİV-in nəzərdən qaçırdıqlarına yönəltməkdir.

Roman üçün əsas problem odur ki, o biri aləm dayanmır, çox sürətlə irəliləyir, burada isə sakit axınla gedən mübarizə içindəsiniz. Bunu anlamalı və artıq nəşr olunanadək köhnəlməməsi üçün necə yazmaq lazım gəldiyi barədə düşünməlisiniz. Səbirli və inamlı olmalısınız. Roman yazarkən özünüzü hər hansı bir dini icmaya aid etmədən Allaha inanmalısınız.

Yazıçılıq sənəti haqqında deyilənlərin ən ruhlandırıcısı Don Denillonun sözləridir: "Yazıçı başçılıq edir, kiminsə arxasınca getmir!"

Tarix
2014.07.29 / 19:08
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla