Yuxarı

Vüqar Muradovla Kənan M.M-in davasına səbəb olan müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-07-23 08:00

"MƏNƏM" DEYƏNLƏRİN AİLƏSİ PİS YOLA DÜŞÜR

Vüqar Muradov "Yeni Ulduz 6" və "Ulduzların döyüşü" layihəsinin qalibidir. Onunla müsahibəni təqdim edirik.

- Yay fəslidir. Hamı istirahətə üz tutur, bəs siz?

- Açığı, mən yeni gəlmişəm Norveçdən. Oranı çox sevdim, təsəvvür edin ki, meşənin içində şəhərdir, cənnət kimi bir yerdir.

- Yeni mövsümdə hansı yeniliklərlə çıxacaqsınız tamaşaçıların qarşısına?

- İki yeni mahnı yazdırmışam. Biri "Səni sevdim" adlı lirik bir mahnıdır, digəri isə çox gözəl ritmik olan "Qıdığım gəlir" adlı yay mahnısıdır. Yay tətili bitən kimi "Qıdığım gəlir" adlı mahnıma klip çəkdirəcəyəm.

Kənanın qolu çıxmamışdı...

- "Yeni Ulduz 6" yarışamasının qalibi oldunuz. Bundan sonra telekanalların birində yayımlanan "Ulduzların döyüşü" layihəsinin qalibi olub 20.000 qazandınız. Bildiyimiz qədər, həmin layihədə siz güclü olaraq qalib gəlməmisiniz. Sadəcə olaraq, rəqibiniz Kənan Mahmudov qolu çıxdığı üçün oyundan uzaqlaşdırılıb və oyun avtomatik olaraq sizə qalıb. Mümkündürsə, bir az bundan danışaq.

- Gülməlidir, bu bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı, sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra Kənan mənimlə düşmənçiliyə başladı.

- İddia edirsiniz ki, Kənan Mahmudovun yarışma zamanı qolu çıxmayıb?

- Bəli, qolu sıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub qaldırdım?! Lap deyək ki, qolu çıxıb. Bəs o qolu kim çıxarıb?! Demək ki, Kənanın qolu mənim ağır zərbəmdən sonra çıxıb. Güclüyəm ki, onun qolunu çıxara bilmişəm. Mən qalibəm, vəssalam! Kənan göyə də çıxsa, xeyri yoxdur. 20 mini də bala-bala xərcləyirəm (gülür)... Sadəcə o, dediyini edə bilmədi. Kənan demişdi ki, mən Vüqarı birinci raundda sındıracağam. Dedim, ay Kənan, böyük-böyük danışma. Allah təkəbbürlüləri sevmir. Heç kim "mənəm-mənəm" deyə bilməz. Güclü olan bir tək Allahdır.

Şou-biznesin ən güclüsü mənəm...

- İdman heç, bəs şou-biznesin ən güclüsü kimdir?

- Şou-biznesin də ən güclüsü mənəm. Bunu sübut da etdim. Məni sevənlər, dəyər verənlər üçün yaşayıram mən. Başqaları mənim üçün maraqlı deyil. Sevməyənlərim də çoxdur və bu məni xoşbəxt edir. Hamı sevə bilməz ki məni? Buna normal baxıram. Bu o deməkdir ki, mən varam, varlığım da həmin insanları narahat edir.

Kənanın səviyyəsiz dostları...

- Sizcə, niyə sizin haqqınızda həqiqətən qalib olmadığınız barədə söz-söhbətlər gəzir?

- Həmin şəxslər Kənan ətrafında olan səviyyəsiz dostlarıdır ki, Kənanın gözünə girmək üçün "sənin qolun çıxmasaydı, noqdaun edərdin Vüqarı" kimi sözlər danışırlar.

- 20 mini nəyə və yaxud kimə xərclədiniz?

- Həmin məbləğin yarısını mən öz məşqçimə verdim. Artıq dörd aydır ki, üzərimdə çalışaraq, məni döyüşə hazırlayırdı. 3-4 min manatını qonaqlıqlara xərclədim. Əlimdə 5-6 min pul qaldı, həmin pulları da Osloda xərcləyib gəldim.

- Norveçdə dincələrkən nələri gördünüz? Bizimlə onların fərqli cəhətləri nələrdir?

- Ora tam başqa cürdür. Heç kim qeybət etmir, kimsə küçədə dalaşmır, kimsə-kiməsə söz atmır. Norveçin İcra Hakimiyyətinin başçısı velosipedlə gəzirdi. Bir ölkənin ki, həbsxanaları boşdur, cinayətkarlar yoxdur, görün bu nə deməkdir? Şəxsən mən çox sevdim oranı.

- Vüqar bəy, sadalıqlarınız bizdə yoxdur?

- Bilirsiniz, bizim millət hər zaman deyir ki, bizdən yoxdur. Ən böyük bədbəxtçiliyimiz elə bundadır. Gərək özümüzdəki əyriləri düzəldə bilək. Düz hər zaman acı olur və mən də hər zaman düz danışıram.

Pinəçi dostum var

- Şou-biznes əhlindən kimləri özünüzə yaxın bilirsiniz?

- Heç kimi. Şou-biznesdə heç kimi özümə yaxın bilmirəm. Pinəçi dostum var, satıcı dostum var, məmur dostum var, qarson dostum var, nazir dostum var, amma müğənnilərdən kimsəylə yaxın dostluq etmirəm. Sadə insanlara daha çox üstünlük verirəm. Mənə yaxın olanlardan elə biri millət vəkili və Kiq-boksinq Federasiyasının prezidenti Adil Əliyevdir. Onun haqqında çox yaxşı sözlər deyə bilərəm. Bu insan tam başqa cür insandır. Allah onun öz ürəyinə görə versin.

"Arvad" anlayışı...

- Vüqar bəy, iki dəfə nişanlı olmusunuz və nişanınız qayıdıb. Niyə ailə qurmursunuz?

- Bir çoxları bu cür fikirlə ailə qurur ki, evlənim, uşağım olsun və evdə "arvadım" olsun. Mən bu cür düşünmürəm. Mənim üçün həyat yoldaşım mənim dostum-sirdaşım, bacım, sevgilim, övladlarımın anası və evimin xanımı olmalıdır. Bu günün bəlası elə odur ki, yalnız "arvad" anlayışı var. Bu cür hallara görə, "mənəm-mənəm" deyən kişilərin arvadları pis yola düşürlər. Mənim üçün həyat yoldaşı kölə, qul deyil. Hər bir kişinin xanımı onun üçün müqəddəs olmalıdır.

Kişiliklərini görmürəm...

- Kişi müğənnilərimiz var ki, ailə qurub təmtəraqlı toy edirlər. Lakin media əhli üçün toya girişə qadağa qoyurlar. Siz necə? Gələcəkdə toy etməli olsanız, siz də eyni addımı atarsınız?

- Mənim üçün maraqlı deyil. Bilirsiniz, o, yekəxanalıqdan irəli gəlir ki, mən kişiyəm, mənim həyat yoldaşımı media görməsin. Çalışaq özümüz kimi yaşayaq. Danışanda hamısı ağız dolu kişilikdən danışır, amma əməldə bir kişiliklərin görmürəm. Əməldə olan camaatın namusuna sataşmaqdır, haram yeməkdir, kiminsə haqqına girməkdir. Amma danışanda "mən kişiyəm" deyirlər! Kim ki hər zaman nədən çox danışırsa, bilin ki, həmin adamda o şey yoxdur.

- Ramazan ayıdır, ibadət edirsiniz?

- Əlhəmdülillah!

Tarix
2014.07.30 / 12:07
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla