Yuxarı

Leyla Yunusa 3 aylıq həbs verildi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:12

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həbs edilib.

Bu barədə məlumatı "Musavat.com"a hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunus verib. Onun sözlərinə görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna tədbirə gedərkən Leyla Yunusun olduğu avtomobil saxlanılıb və üç nəfər hüquq müdafiəçisini maşından düşürərək naməlum istiqamətdə aparıblar.

Xatırladaq ki, Leyla Yunus casusluq maddəsi ilə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı təkrar ifadə verməkdən imtina etmişdi. Onun məcburi qaydada ifadə verməyə aparıldığı istisna deyil.

Qeyd edək ki, Baş Prokurorluğun məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

18:15

Bu dəqiqələrdə Leyla Yunusu Baş Prokurorluğun binasından çıxararaq naməlum istiqamətə aparıblar. Musavat.com-un hadisə yerində olan əməkdaşı Cavanşir Abbaslının dediyinə görə, L.Yunusu iki cip növlü maşında aparıblar. Jurnalistlər avtomobillərin ardınca düşsələr də, çata bilməyiblər. Bununla belə, əməkdaşımız öyrənib ki, L.Yunusa qarşı CM-nin 274 (dövlətə xəyanət), 178 və 213-cü maddələri (vergidən yayınma) ilə cinayət işi açmaq və barəsində iki aylıq həbs qətimkan tədbiri seçmək üçün Nəsimi rayon Məhkəməsinə aparıblar.

20:30

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, Leyla Yunus barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Tarix
2014.07.30 / 20:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla