Yuxarı

Kənan M.M-i tutduran Vüqar: “Axar.az-ı bağlatdıracam” - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rejissor Kənan M.M-i həbs etdirən müğənni Vüqar Muradov 23 iyulda Axar.az-da yayımlanan müsahibəsinə görə redaksiya ilə əməkdaşlıq edən xanım jurnalisti təhqiramiz formada hədələyib.

Hədələr Feysbuk sosial şəbəkəsinin inboks bölümündə yazılıb. Redaksiya olaraq bunları yaymağı məqbul saymasaq da, heç bir xəsarət almadığı halda Vüqar Muradovun rejissor Kənan M.M-i tutdurmasından sonra bu gənc müğənninin özünə layiq mesajlarını üslubunu mümkün qədər saxlamaqla tirajlamaq qərarına gəldik.

Qeyd edək ki, biz bu hədələrə görə polisə müraciət etmək niyyətində deyilik.

Vüqar Muradov:

Mən baxdım yazıya, çox mənasız şəklimi qoymusuz qlavnıya, başlıqda pisdir, "pis yola düşür sözü" nədir?

Nazlı Onur:

Mən qoymamışam onu

Vüqar Muradov:

Tez silin onları, belə məntiqsiz başlıq lazım deyil
Belə jurnalistlik olmur
Şəkili də çıxarın

Vüqar Muradov:

O başlığı elə yazana şübhəm var
Mən demişdim axı, təzə şəkillərimdən qoyun

Vüqar Muradov:

Həmdə o nə başlıqdır? o nə məntiqsiz söhbətdir?

Vüqar Muradov

Elə bu dəqiqə onlara bildirin, yazını çıxarsınlar
Mənə belə məntiqsiz başlıq olan müsahibə lazım deyil
Başlıq və şəkil

Vüqar Muradov:

Bu başlıqda xəbər yayılmamış tez çıxarın yazını, yada dəyişin, həm də şəkli, biyabırçılıqdır bu, belə jurnalistlik olar?

Nazlı Onur:

Mən danışdım baş redaktorla, xəbəri çıxarmaq mümkün deyil. Şəkil – deyir, o birilər böyük idi; başlığa qaldıqda isə elə söz işlədib ki, qoyulub!
Mən dedim iradınızı. Mənlik heç nə yoxdur. Əgər istəsəniz, redaksiyaya zəng edib deyin.

Vüqar Muradov:

Kim elə söz işlədib? o nə deməkdir? Göstərin görüm, harda elə söz işlətmişəm? bu nə məntiqsiz söhbətdir?

Nazlı Onur:

Səs yazmanız durur.

Vuqar Muradov:

Mən nə demişəm orda?
Anlamadım
Xanım, mən deyirəm o başlığı çıxarın ordan, uzatmayaq da, təcili çıxsın o başlıq ordan

Vüqar Muradov:

Onlar çox səhv edib qoyublar, mən böyüklərinizi tanımıram, sizi tanıyıram, oyun oynamaq lazım deyil, zəng edin deyin təcili o başlıq çıxsın
Belə mənasız jurnalistlik olmaz

Vüqar Muradov:

Zəng edin deyin ki avtomatik olaraq götürülsün o başlıq ordan
Vallah sabaha qalsa heç yaxşı olmaz

Nazlı Onur:

Mənə hədə-qorxu gəlmək lazım deyil.

Vüqar Muradov:

Dedim ki təcili çıxsın i vsyo
Mən hədə-qorxu gəlmirəm, tələb edirəm
Jurnalistlik bu deyil, bu savadsızlıq, cahillikdir

Nazlı Onur:

Sabah danışarıq, səs yazınızı da bərabər dinləyərik. Baş redakrorla yenə danışdım, deyir, elə məsələlərə biz özümüz qərar veririk. Kimsə müdaxilə edə bilməz. Mən deyəcəyimi dedim. O da mənə cavab verdi.
Vüqar bəy, əgər bir sözü demisinizsə, niyə əsəbiləşirsiniz?

Vüqar Muradov:

O baş redaktor kimdisə, ona deyin ki başı bədəninə ağırlıq etməsin, ona qərar verərəm mən, başını ağrıtmasın denən, çaşıb deyəsən o, ağlı özü kimilərə gedib yəqin. Vallah deyirəm, yaxşı olmaz bu işin axırı, baxın, deyirəm sonuncu dəfə, o redaktorunun başını çox pis ağrıdaram. Vallah saytınızı bağlayaram

Mən başqa cürə demişəm, siz sözləri ordan burdan birləşdirib özünüzə sərf edən kimi yazmısınız.

Nazlı Onur:

Xeyir, nə demisiz, o da yazılıb.

Vüqar Muradov:

Çox başlar ağrıdacam, dedim ki ordan çıxsın yazı.

P.S. Vüqar Muradovun Kənan M.M-in dostlarını təhqir edən açıqlamasının, həmçinin demədiyini iddia etdiyi sözlərinin səs yazısını bir azdan təqdim edəcəyik.

Tarix
2014.07.30 / 14:35
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla