Yuxarı

“Rusiyanın regiona təzyiqi qaçılmazdır” - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda əldə olunan nailiyyətlər heç bir qlobal problemi diqqətdən yayındıra bilməz".

Bu sözləri Axar.az-a dünyada baş verən münaqişələrin Dağlıq Qarabağ probleminin həlli istiqamətinə təsiri ilə bağlı verdiyi açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Politoloqun sözlərinə görə, Suriyada baş verən vətəndaş müharibəsi, İsrail-Fələstin münaqişəsi, Ukraynadakı siyasi böhran, Liviyada sarsılan siyasi vəziyyət və İraqdakı son hadisələr dünya dövlətlərinin diqqətində olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini ABŞ-ın diqqət mərkəzindən yayındıra bilməyəcək:

"Öncə onu qeyd edim ki, Azərbaycan üçün Qarabağ məsələsinin həlli istiqamətində apardığı siyasətdə Rusiyanın mövqeyi daha önəmlidir. O ki qaldı münaqişənin həlli istiqamətində dünyada baş verən son qlobal hadisələrin Qarabağ məsələsini diqqətdən kənarda qoymasına, bu, indiki zamanda qeyri-mümkündür. Hətta Rusiyanın Azərbaycana təzyiqlərinin artması, Avrasiya İttifaqına qoşulmaqla bağlı təhriklərini diqqətdə saxlayan ABŞ bu yolda Azərbaycanın yanındadır".

Politoloq onu da qeyd etdi ki, ABŞ Azərbaycanın Qarabağ münaqişəsinin həlli istiqamətindəki qətiyyətinin fərqindədir. Çünki əks təqdirdə regionda təzyiqlərin daha da artırılması Rusiya tərəfindən qaçılmaz ola bilər: "Hazırda ölkəmiz üçün önəmli olan məsələ Rusiya tərəfi ilə sülh danışıqları yolunda uğurların əldə olunmasıdır. Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin həlli yolunda bu yaxınlarda baş tutacaq yeni görüşlərinə ABŞ tərəfi də böyük ümidlər bəslədiyini bildirib".

Tarix
2014.07.30 / 23:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla