Yuxarı

Rövnəq Abdullayev "Qalatasaray"a sponsorluqdan danışdı

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" – "Zalsburq" matçını izləyən AFFA prezidenti Rövnəq Abdullayev matç başa çatdıqdan sonra təmsilçimizin üzvlərini təbrik edib. Ardından qurum rəhbəri oyunla bağlı sualları cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Qələbə münasibəti ilə hər birinizi təbrik edirəm. Uzun müddət idi Tofiq Bəhramov adına Respublika stadionuna bu qədər azarkeş gəlmirdi. Komandamıza da təşəkkür edirəm ki, oyunları və qələbəsi ilə bizləri sevindirdi.

- "Valletta" ilə oyundan sonra stadionu erkən tərk etdiyinə görə, azarkeşlərdən narazı qaldığınızı açıqlamışdınız. Bu dəfə onlar sona qədər "Qarabağ"ı dəstəklədilər. Razı qaldınızmı?

- Əlbəttə, razı qaldım. Onlar bu gün həqiqətən də azarkeşlik etdilər. Qalır "Zalsburq" səddini aşmaq. Hazırlaşıb, onları mübarizədən kənarlaşdırmaq lazımdır. Bu gün birinci hissədə nümayiş etdirdiyimiz oyunu səfərdə hər iki hissədə göstərmək gərəkdir.

- Cavab oyununu izləmək fikriniz var?

- Vaxt tapsam, səfərdəki oyunu stadiondan izləməyə çalışacam.

- "Qarabağ"ın iki futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldı. Bununla bağlı fikrinizi bilmək istərdik.

- Məncə, Reynaldonun epizodunda qırmızı vərəqə yox idi. İlk qırmızıya gəldikdə, bu sevincdə irəli gəlirdi. Həmin epizodda əllə oynamağa ehtiyac yox idi. Ümumiyyətlə, əllə oynamaq futbolçuya yaraşan hal deyil.

- Komandamız pley-off mərhələsinə vəsiqə qazana bilsə, AFFA tərəfindən mükafatlandırılacaq?

- Əslində, elə fikrimiz klubların pley-off mərhələsini adlamsı və qrup mərhələsinə vəsiqə qazanmasıdır. Ötən həftə "İnter"in oyununda xoş olmayan halla qarşılaşdıq. Hakimin matçın əvvəlindəki kobud səhvi nəticəyə də təsir etdi. Bu oyundakı qərarların yanlış olduğunu deyə bilmərəm, amma referinin vərəqələrdən çox istifadə etdiyi aydındır. Buna görə fasilədən sonra komandamız ehtiyatlı oynamağa çalışdı.

- Cavab oyununda "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiniz?

- Şans var. Qurban Qurbanovla danışdım, qırmızı vərəqə alan futbolçuları əvəzləyəcək oyunçularının olduğunu bildirdi. Yaxşı olacağını düşünürəm.

- Bu günlərdə SOCAR-ın Türkiyənin "Qalatasaray" klubuna sponsorluq edəcəyi ilə bağlı xəbərlər yayıldı. Bu həqiqətdirmi?

- Elə bir şey yoxdur. Yanlış məlumatdır.

Apasport.az

Tarix
2014.07.31 / 00:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla