Yuxarı

ABŞ-da müsəlmanlara nifrət broşürləri yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu Yorkda müsəlmanların yaşadığı evlərin qapısına qeyri-adi broşürlər qoyulub.

Axar.az xəbər verir ki, broşürlərdə İslama və müsəlmanlara nifrət və təhqir ifadə edən sözlər yer alıb.

Bruklinin Bensonharst bölgəsində də müsəlman ailələrin yaşadığı mənzil qapılarına qoyulan broşürlərdə, "İslamçılar, ölkənizə geri dönün. ABŞ sizə nifrət edir. Siz terrorçusunuz. Siz ikinci Holokostsunuz".

Hadisədən xəbər tutan Nyu York bələdiyyə başçısı Bil de Blasio yazılı açıqlama yayaraq, bu hərəkəti "utancverici" adlandırıb.

Bensonharst bölgəsində yaşayan İlyad Rəşad isə hadisə ilə bağlı deyib:

"Ərəb, pakistanlı, banqladeşli və bir çox fərqli ölkə vətəndaşlarının yaşadığı bir yerdir bura. Buna bənzər nümunələri 11 sentyabr hadisəsindən sonra da görmüşdük, amma bir daha olmamışdı".

Hadisə ilə bağlı polis araşdırma başladıb.

Xatırladaq ki, ötən həftə Nyu Yorkda məscid ətrafında toplaşmış bəzi şəxslər ibadətdən çıxan müsəlmanlara İsrail lehinə şüarlar söyləyərək, onları təhqir ediblər.

Tarix
2014.07.31 / 01:57
Müəllif
Nigar Məmmədova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla