Yuxarı

Ukraynada separatçılar azərbaycanlını öldürdülər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb.

Luqansk Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyevin verdiyi məlumata görə, hadisə dünən axşam Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.

T. Cəfərovun meyiti separatçıların nəzarəti altında olan ərazidə qalıb və həllik meyiti götürmək mümkün olmayıb.

T. Cəfərovla birgə Mahir, Nurlan və Elman adlı azərbaycanlılar isə separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Onların itkin düşdüyü bildirilir. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyəndə hücuma məruz qalıblar.

Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq məsələləri üzrə I katibi Asim Osmanov hadisə ilə bağlı araşdırma aparılacağını deyib.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan 1961-ci il təvəllüdlü Telman Cəfərov əslən Bakıdandır.

APA

Tarix
2014.07.31 / 12:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla