Yuxarı

TV-lərimiz hələ hazırlaşır – çal-çağır bir azdan dayanacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İctimai televiziya 11 əsgərimizin şəhid olmasıyla bağlı öz proqramlarında dəyişiklik eləməyə başlayıb".

Bu sözləri Axar.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli deyib.

O, bütün KİV-lərin qısa müddətdə Azərbaycan şəhidləri ilə əlaqədar aksiyaya qoşulmalı olduğunu bildirib:

"Televiziyalarda bu dəqiqə vəziyyət pisdir. Hazırda lazım olmayan verilişlər yayımlanır. Bu, yolverilməzdir. Qarabağda 11 əsgərimizin şəhid olması əsas prioritetimizə çevrilməlidir. Azərbaycan televiziyaları üçün bundan sonrakı bir neçə gün əsas mövzu yalnız Qarabağ olmalıdır. Buna, ümumiyyətlə, bütün kütləvi informasiya vasitələri qoşulmalıdır. Biz bu həyəcan təbilini media sistemi olaraq bütün xalqa çatdırmalıyıq. Ən yeni informasiya vasitəsindən tutmuş ənənəvi informasiya vasitələrinə qədər hər kəs bununla məşğul olmalıdır. İctimai televiziya da öz proqramlarında dəyişiklik eləməyə başlayıb. Yaxın iki-üç saat ərzində bu özünü göstərəcək".

Azad Azərbaycan Televiziyasının (ATV) Xəbərlər Departamentinin özünü təqdim etməyən əməkdaşı isə belə bir gündə efiri başına almış konsert və şou proqramları ilə bağlı məlumat vermək istəməsə də, əsgər ölümləri ilə bağlı xəbərlərin hazırlandığını dedi və əlavə etdi ki, həmin xəbərlər saat 2-də efirə veriləcək.

Tarix
2014.08.01 / 13:24
Müəllif
Ülkər, Elnur
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla