Yuxarı

“Göylər də şəhidlərimiz üçün ağlayır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Aydın Mirzəzadə ermənilərin hücumu nəticəsində həlak olmuş 11 əsgərin ailələrinə başsağlığı verib.

Axar.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsinə status yazan millət vəkili xalqın ən dəyərli oğullarını itirdiyini deyib: "Ermənistan-Azərbaycan cəbhə xəttindən gərgin xəbərlər gəlir. Ermənistan diversiya qruplarının bizim mövqeləri ələ keçirmək üçün cəhdlər etdiyi və xırda döyüşlər getdiyi bildirilir. İgid əsgər və zabitlərimiz düşmənin həmlələrinə qəhrəmancasına cavab verir, Azərbaycan torpağını mərdliklə qoruyurlar.

Düşmənin xeyli itki verdiyi xəbərləri yayılır. İşğalçı qüvvələr növbəti dəfə Azərbaycan silahının zəhmini və gücünü öz üzərilərində hiss edirlər.

Qarşıdurmada Azərbaycan əsgər və hərbi qulluqçularının da şəhid olduğu bildirilir. Şəhidlər öz həyatları hesabına torpağı qoruyurlar. Xalqımız ən dəyərli oğullarını itirir. Allah onlara rəhmət eləsin.

Bu situasiyada qəlbən və düşüncəmizlə həlak olmuş əsgərlərin ailələrinin, qəhrəman əsgər və zabitlərimizin yanındayıq. Onlara güc və Allahdan hifz olunmalarını arzu edirik".

Millət vəkili Qənirə Paşayeva da sosial şəbəkələrdə şəhid olan əsgərlərimizlə bağlı belə bir status yazıb: "Yayın ortasında bu qəribə yağışa bax. Göylər də şəhidlərimiz üçün ağlayır".

Tarix
2014.08.01 / 13:33
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla