Yuxarı

Şok: suyu zərərsizləşdirən kitab nəşr edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Virciniya universitetinin kimyaçı alimi hazırladığı Drinkable book-un sətri tərcüməsi "içməli su"dur. Kitabın orijinallığı ondadır ki, onun nəşr olunması üçün alimlərin xüsusi hazırladıqları, qismən gümüşlə örtülmüş kağızlardan istifadə olunub. Kitabın üstünə düşən bütün zərərli bakteriyalar və digər xəstəlik törədən mikroorqanizmlər məhv olurlar – beləliklə, kitabın hər səhifəsi (kitabda cəmi 20 səhifə var) bir filtr kimi 30 gün ərzində suyu bütün yatalaq və vəba törədicilərindən təmizləyir!

"İçməli su kitabı"nı hazırlamaqda məqsəd planetdə təmiz içməli su çatışmazlığı probleminə diqqət çəkməkdir. Dankoviç hesablayıb ki, planetdə 780 milyon nəfər istifadə üçün yararsız olan və ya çirklənmiş su içmək məcburiyyətindədir, su ilə yoluxan və ya suyun çatışmazlığının yaratdığı ağır xəstəliklərdən ölüm faktları isə hər il 3,4 milyon nəfərdən artıqdır. Kitabda həmçinin sudan qənaətlə istifadə haqqında məsləhətlər də yer alır – bu yazılar insan orqanizmi üçün zərərsiz olan mürəkkəblə yazılıb.

Bir sözlə, 20 ay müddətində suyun təmizlənməsinə bəs edəcək kitabın istehsal dəyəri cəmi 2 ABŞ dollarıdır! Drinkable book-un ilk nəşri Hindistan, Afrika və Çinə göndəriləcək. Könüllü nəşriyyatlar ehtiyacı olanlara kitabı pulsuz paylayacaqlar.

Tarix
2014.08.16 / 23:30
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla