Yuxarı

“Hazırlıq kursu” layihəsində III dərs

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq oxumağa başlayıb: valideyn nə etməlidir?

Artıq övladınız bütün hərfləri tanıyır və yeni kitabın adını oxuya bilir (axı kitabın adı böyük hərflərlə yazılır).

Artıq özünüz də müşahidə edirsiniz ki, balacanız küçədəki reklam və tablolara tamam başqa nəzərlərlə baxır, təsadüfən və gözlənilmədən hansısa sözü oxuya bilməsi özünə də təəccüblü gəlir. Beləliklə, körpə artıq oxumağa başlayıb. Bu, valideyn üçün olduqca sevincli, lakin həm də bir qədər həssas anlardır. Nədənsə, bəzi valideynlərə elə gəlir ki, artıq onunçün oxumağa gərək yoxdur. Belə münasibət uşağın oxumağa qarşı marağını öldürə bilər: axı hər şey belə tez başlayacaqdısa oxumağı öyrənmək nəyə lazım idi?

Əldə edilmiş bacarığı möhkəmləndirmək və inkişaf etdirmək – tamam başqa söhbətin mövzusudur. Bu məsələ göründüyü qədər də sadə deyil və onu adi təsirlə həll etək olmaz. Hələ ki yalnız valideyn mütaliəsi ilə kifayətlənək.

Əlifbanı öyrənən kimi körpə üçün oxumağa xitam vermək ən zərərli valideyn miflərindən biridir. Bir özünüz fikir verin: beş yaşlı uşaq üçün nə oxuyursunuz, axı bunlar yalnız qısa nağıl və hekayələrdən ibarət deyil. Ən azından dörd, dörd yaş yarımından böyük nağıllara keçmisiniz. Artıq kitablar qalınlaşıb, personajlar artıb, süjet və dil nisbətən mürəkkəbləşib. Bəzən bir kitabı bir, hətta iki-üç həftəyə başa vurursunuz. Heç bilirsinizmi ki, bununla uşağın həm də yaddaşını formalaşdırır və inkişaf etdirirsiniz?!!

Uşaq bu həcmdə və belə bir mürəkkəblikdə kitabın öhdəsindən nə zaman özü müstəqil gələ biləcək? Ən yaxşı halda iki ildən sonra. O özü qısa, dili sadə mətnlərdən başlayacaq. Belə mətnlər məzmun və nitq nöqteyi-nəzərindən onunçün artıq keçilmiş yoldur. Deməli, övladlarınız üçün oxumağı dayandırmaqla onu məcburi geriləməyə məhkum edirsinz. Uşağın qarşılaşacağı mədəni informasiya və mədəni təəssürat axını bəsitləşəcək və onun psixoloji imkanlarının səviyyəsiə cavab verməyəcək.

Psixoloq L.S.Vıqotski psixologiyaya "aktual inkişaf zonası" və "yaxın inkişaf zonası" anlayışlarını daxil edib. Aktual imkişaf zonası hazırkı mərhələdə uşağın əldə etdiyi nailiyyətlərlə ölçülür. Bu, artıq onun öyrəndikləri və artıq sərbəst edə bildikləridir. Yaxın inkişaf zonasında isə - uşaq müstəqil edə bilmək iqtidarında deyil, ancaq valideynlərinin və böyükllərin köməyi ilə edə bilər. Yaxın inkişaf zonasında gələcək nailiyyətlərin vektoru əks olunur.

Uşağın hələ özünün sərbəst oxumağa "gücü çatmadığı" nisbətən mürəkkəb kitabların ucadan oxunması körpə və valideynin yaxın inkişaf zonasındakı birgə fəaliyyətidir. Bu, gələcəyə doğru yönlənmiş perspektivdir: "Bax, belə kitabları sən tezliklə özün oxuya biləcəksən. Gör, necə maraqlıdır!"

Ancaq bu, məsələnin, necə deyərlər, metodik tərəfidir. Bundan heç də az əhəmiyyətli olmayan bir aspekt də var – ÜNSİYYƏT! Ucadan oxumaq – uşaqla ünsiyyətin, həm də onun bütövlükdə dünyagörüşünə təsir edə biləcək ünsiyyətin nadir formasıdır.
Və məhz bu məqamı sağlam valideyn praqmatizmi göydə tutur: Kitab, sadəcə, birgə zövq almaq üçün müəyyən olunmuş predmet deyil, həm də sevgi, ölüm, paxıllıq, əzablar və ayrılıqlar kimi mürəkkəb mövzuları bölüşməyin əvəzolunmaz vasitəsidir.
Başqa sözlə, hərə əlində öz kitabını götürüb ayrıca kreslolarda sərbəst və yanaşı mütaliə edənəcən uşağınıza ucadan oxumalısınız. Ancaq düzünü desək, belə bir an gəlməyə də bilər. Bəzən elə olur ki, oxuyan, mütaliə edən valideynlərin uşaqları kitaba yaxın gəlmirlər. Nə üçün – bu, yenə ayrıca məsələdir. Qoy olsun! Əgər uşaq özü oxumursa və sizin onunçün oxumasına da etiraz etmirsə, oxumaq lazımdır.
Yadda saxlayın: Uşaqlarınıza oxuya bildikləriniz gələcəkdə onun üçün mədəni bünövrə rolunu oynayacaq.

Tarix
2014.08.19 / 02:20
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla