Yuxarı

Türkiyədə iki azərbaycanlı kapitan həbs edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dənizdə və quruda eyni vaxtda həyata keçirilən xüsusi əməliyyat zamanı yüzə yaxın miqrantı qeyri-leqal yollarla Yunanıstanın Rodos adasına keçirmək istəyən iki Azərbaycan vətəndaşı yaxalanıb.

Virtualaz.org saytı xəbər verir ki, bu gün həyata keçirilən əməliyyat zamanı həmin şəxslər "Vagabund" adlı 10 metrlik motorlu qayığın kapitanlarıdır.

Xəbərə görə, əməliyyatı Türkiyənin sahil mühafizə qüvvələri və jandarması həyata keçirib. Daxil olan əməliyyat məlumatları əsasında keçirilən əməliyyatda cəmi 155 miqrant saxlanılıb.

Sahil mühafizə qüvvələri "Vagabund" adlı alman bayraqlı motorlu qayıqda Yunanıstanın Rodos adasına qeyri-leqal yollarla miqrant aparılacağına dair məlumatı aldıqdan sonra qayığı təqib etməyə başlayıblar.

Qayığa Muğlanın Çığlıq yarımadası sahillərində "dayan" əmri verilib. Qayıqda aparılan yoxlama zamanı 5-i qadın, 3-ü azyaşlı uşaq olmaqla cəmi 56 nəfər olduğu müəyyən edilib. Onların Birma, İran, Suriya, Əfqanıstan vətəndaşları olduqları təsbit edilib.

Həmçinin məlum olub ki, qayığı iki azərbaycanlı kapitan idarə edir. Onların miqrantları Yunanıstanın Rodos adası üzərindən İtaliyaya keçirməyi planlaşdırdıqları müəyyən olunub.

Qayıqdakı miqrantlar ifadələri alınmaq üçün Muğla jandarma komandanlığına aparılıb. Azərbaycan vətəndaşı olan kapitanlar isə həbs olunub.

Əməliyyatın ikinci hissəsi isə Muğlanın Fatihiyyə qəsəbəsinin Günlüklü yarımadası səmtində keçirilib. Məlumata görə, Günlüklüdə dənizə yaxın meşəlik sahədə 99 miqrant qayıq gözləyərkən aşkar edilib. Onların 79-nun Suriya, 14-nün Birma, 5-nin Əfqanıstan, 1-nin isə Azərbaycan vətəndaşı olduğu bildirilir.

Miqrantlar ifadələrində bildiriblər ki, onları Günlüklü yarımadasına gətirənlər bura Rodos adası olduğunu deyərək aradan çıxıblar. Miqrantlar aparıldıqları yerin Rodos adası olmadığını ancaq jandarmadan öyrəniblər.

Hazırda miqrantların qeyri-leqal yollarla Yunanıstana daşınmasını təşkil edənlər axtarılır.

Tarix
2014.08.20 / 15:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya komissiyasının iclası: razılıq əldə edildi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla