Yuxarı

KQB nəzarətindəki BƏY - Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əbülfəz Elçibəyin vəfatının 14-cü ildönümüdür.

1938-ci ildə anadan olub. İllər keçməsinə baxmayaraq, hələ də çoxları ona qəhrəman kimi baxır. Bəziləri üçün isə o, yalnız gələcək üçün açılan işıq pəncərəsəydi.

Əbülfəz Əliyev və ya tarixin dili ilə desək, Elçibəy Ordubadın Kələki kəndində doğulmuşdu.

Sonrakı illərdə Azərbaycan tarixinin ən önəmli siyasi liderləri sırasına adını yazdıracaq bu şəxs Sovet dövründə çox təzyiqlərə məruz qalır. Millətçilik ideyaları ilə alışıb-yanan Əbülfəz bəy 1975-ci ildə məhz bu maddə ilə KQB-nin nəzarətinə götürülür. Bir müddət sonra isə həbs edilir. 1976-cı il iyulun 17-nə kimi o, Qaradağdakı daş karxanasında ağır işlərə cəlb edilir. Lakin Əbülfəz bəyin həbs həyatı uzun çəkmir. Tezliklə həbsdən çıxan bu siyasi lider yenidən öz elmi fəaliyyətinə qayıdır.

Lakin Elçibəyin həyatı elmi fəaliyyətlə yekunlaşmır. Qəribə orasında idi ki, həbsdən azad olsa da, sonrakı dövrlərdə də o, hər zaman KQB-nin nəzarətində olan xüsusi şəxslər sırasında yer alırdı.

AXC özünə öndər gözləyir

1988-ci il. Bütün SSRİ dəmir barmaqlıqlar arasında üsyan səsini qaldırmağa başlayır. Qorbaçovun "perestroyka"sı artıq böyük bir imperiyanı tamam sarsıtmaqdadır. Azərbaycanın azad olması üçün ideal şans yaranıb...

Bu məqamdan da istifadə edildi. Başda Bakı olmaqla bütün ölkəni azadlıq sədaları bürüməyə başladı. Tezliklə Azərbaycan Xalq Cəbhəsi yaradıldı.

İllərlə ideoloji təbliğat aparan Elçibəyin oyanan millətinin önünə çıxmaq məqamı yetişmişdi. O, ətrafındakı yasaqlardan ibarət bütün barmaqlıqları yararaq AXC-yə rəhbər seçildi.

Lakin həm Elçibəyin, həm də Azərbaycanın faciəli günləri hələ qabaqda idi.

Əliyev yox, Elçibəy

Tarixi 23 il geri çevirək. 1991-ci il oktyabrın 18-də Azərbaycan rəsmən müstəqil elan edilir, Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilir.

Lakin prezident Əbülfəz Elçibəy yox, Ayaz Mütəllibov idi. Hazırlıqlı şəxs olmasına rəğmən, Azərbaycanın ilk prezidentinin bəzi məsələlərin həllində siyasi iradəsi çatışmırdı.

Tezliklə parlamentdə üstünlüyü ələ keçirən Cəbhə Mütəllibov hakimiyyətinə qarşı fəaliyyətə başlayır. Xocalı soyqırımında Bakının fəaliyyətsizliyi müxalifəti ayağa qaldırır. Nəhayət ki, Ayaz Mütəllibov dövrü bitir.

7 iyun 1992-cı ildə Elçibəy rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti seçilir. Lakin türk millətçisi olan bu liderin hakimiyyəti çoxlarının xoşuna gəlmir. Bakının vəziyyəti çətinləşir. Ölkə hər yandan mühasirəyə alınır. İran və Moskva ermənilərə yardım etməklə həmçinin agentləri vasitəsilə yeni yaranmış dövlətin durumunu çətinləşdirir. Bakı sanki çarəsizcəsinə oturub hər şeyə tamaşa edir. Hətta Türkiyədə sevilməsinə baxmayaraq, ölkə hakimiyyəti Elçibəyə müəyyən məsələlərdə çətinlik yaradır. Nəticədə Elçibəyin problemlərdən xilas etmək istədiyi Azərbaycan daha ciddi problemlərlə üzləşir. Bəyin irəli sürdüyü bütün layihələrin hər birinə maneçilik törədilir.

Moskvanın intiqamı!

Elçibəy Azərbaycan Ordusunu formalaşdırmağı qarşısına məqsəd qoyur. Lakin Ermənistanın Qarabağa hücumu və müharibə, həmçinin xarici agentlərin fəaliyyəti Elçibəy üçün əsl başağrısına çevrilir.

Amma o bacarır. Azərbaycan dövlətinin ilk nizamlı birlikləri yaradılır. Doğrudur, bu işi tam başa vurmaq mümkün olmur, amma Elçibəy öz xələfləri üçün mühüm bir baza yaratmış olur.

Elçibəyin millətçi olması çoxlarını narahat edirdi. Bu siyasi lider isə heç bir zaman millətçiliyi şovinizm şəklində təqdim etməmişdi. Amma mətbuat demokrat xadimə qarşı qarayaxmalara başlayır. İran və Rusiya Əbülfəz Elçibəyin ortadan qaldırılması üçün planlar hazırlayırlar. Moskvanın bu siyasi xadimlə onsuz da başqa hesabı var idi. Çünki məhz Elçibəy rus qoşunlarını Azərbaycandan çıxarmış, xalqın özünə inamını və soy-kökünün kim olmasını xatırlatmışdı.

Amma bu şeylər siyasətdə kifayət etmirdi. Təmiz insan obrazını özündə saxlayan Elçibəyə qarşı həm öz hakimiyyəti daxilində, həm də bölgədəki hərbi birləşmələr tərəfindən hücumlar başlayır.

Bağışlanmayacaq xəyanət!

Prezident postuna iddialı olan hakimiyyət daxilindəki bir neçə namizəd Elçibəyə qarşı gizli kampaniyaya başlayır. Ölkənin cənubunda isə Ələkrəm Hümbətov Talış Muğan Respublikasını yaratdığını bəyan edir. Bəyə ən sonuncu zərbə isə Gəncədə vurulur. Sürət Hüseynov müharibənin qızğın vaxtında tabeliyindəki hərbi hissəni döyüş bölgəsindən çıxararaq Bakıya üz tutur.

Bu artıq xəyanət idi. Elçibəy çıxılmaz vəziyyətdə qalmışdı. O, xəyanətə uğradığını və ümidlərinin puça çıxdığını bilirdi. Buna görə də sonrakı dönəmdə könüllü şəkildə postundan imtina edərək öz doğma eli Kələkiyə getmişdi. Amma ən maraqlı olan bir məqam var idi. Bir illik hakimiyyəti zamanında bəlkə də onun qədər hücuma uğrayan, ləkələnən, amma heç bir zaman insanların ürəyindən silinməyən siyasi lider olmamışdı.

Və son!

Nəhayət 2000-ci avqustun 22-də müalicə aldığı Türkiyə xəstəxanasında bu xalq qəhrəmanı dünyaya gözlərini əbədi yumur. Adını bu millətin, bu xalqın tarixinə və qəlbinə yazaraq aramızdan gedir.

Lakin o, Elçibəy idi və hər zaman da Elçibəy olaraq qalacaq. Ö zarafatları, hərəkətləri və sadə, təmiz adama yaraşan ifadələri daima gözümüzdə canlanacaq.

Allah sənə rəhmət etsin, Bəy!

Tarix
2014.08.22 / 00:09
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla