Yuxarı

Şəkidə iki yol qəzası: ölən və xəsarət alanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə bir gündə baş verən yol qəzalarında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.

Şəki şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, ölümlə nəticələnən yol qəzası bu gün saat 16:30 radələrində Şəki şəhəri M.F.Axundov prospektində qeydə alınıb. 1955-ci il təvəllüdlü, Şəki şəhər sakini Zahid Vahid oğlu Fəttahov idarə etdiyi "Opel" markalı 55-BO-437 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəteməni itirib və avtomobili aşırıb.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan Zahid Fəttahov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Zahid Fəttahovun həyatını xilas etmək mümkün olmayıb, aldığı ağır bədən xəsarətlərindən xəstəxanada ölüb.

Məlumata görə, digər yol qəzası isə saat 17:40 radələrində Şəki-Qax yolunun Şəkinin İnçə-Zunud kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun İnçə kənd sakini Ziya Nemət oğlu Məmmədov idarə etdiyi "VAZ 2107" markalı, 90-KS-667 dövlət nömrə nişanlı avtomobillə Göynük kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarındakı beton maneəyə çırpıb.

Qəza nəticəsində sürücü Ziya Məmmədov xəsarət almasada avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü, rayonun Aşağı Göynük kənd sakini Aydan Tofiq qızı Mahmudova aldığı bədən xəsarəti ilə Şəki RMX-na aparılıb.

Şəki RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralı Aydan Mahmudovanın vəziyyəti orta-ağır qiymətləndirilir və ona zərbədən dalağın partlaması dioqnozu qoyulub, bu saatlarda üzərində cərrahiyə əməliyyatı aparılır.

Hər iki faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

APA

Tarix
2014.08.21 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla