Yuxarı

Türkiyənin Xarici İşlər naziri kim olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğan tərəfindən AKP-nin sədri və baş nazirliyə namizəd elan olunan Əhməd Davudoğludan sonra boş qalan Xarici İşlər naziri postuna kimin gətiriləcəyi sualı altındadır. Lakin bu posta gələ biləcək yeganə namizədin Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Mövlud Çavuşoğlu olduğu bildirilir.

Axar.az xəbər verir ki, bir müddət öncə Çavuşoğluya verilən suallar arasında onun namizədliyi də var idi. Lakin Çavuşoğlu məsələyə fərqli münasibətdə olduğunu bildirərək partiya siyasətinin daha önəmli olduğunu demişdi:

"Heç vaxt AKP nümayəndəsi olaraq vəzifə arxasıyca qaçan insan deyilik. Millətimizin xidmətində durmaq bizim üçün böyük şərəfdir. Bu səbəbdən də yeni kabinetdə cənab prezidentimiz kimi görmək istəyirsə, həmin şəxslər olacaq. Onda kimin hansı vəzifəyə təyin olunacağını biləcəyik".

Lakin ekspertlər Çavuşoğlunun bu posta gələcəyini tam real hesab edir. İlk növbədə Çavuşoğlu Türkiyənin Avropada tanınan simasıdır. İkinci tərəfdən, Çavuşoğlunun bu posta gətirilməsi Türkiyənin Avropa Birliyinə inteqrasiyası məsələsini gündəmdə saxlayacaq. Eyni zamanda, AŞPA-nın keçmiş sədri olan Çavuşoğlunun xarici siyasət idarəsinin başına keçməsi Türkiyənin Avropa ölkələri ilə əlaqələrinin genişlənməsinə ciddi təsir göstərə bilər.

Xatırladaq ki, Mövlüd Çavuşoğlu Azərbaycanda dəfələrlə olub və ölkəmizlə əlaqələrə yüksək önəm verən siyasətçilərdən biridir.

Tarix
2014.08.22 / 00:59
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla