Yuxarı

“Bakının siyasi kursu Ankaradan daha məntiqlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan iqtidarının xarici siyasət kursu rəsmi Türkiyənin xarici siyasət anlayışından xeyli əsaslandırılımış və daha məntiqlidir".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa İŞİD tərəfindən əsir götürülmüş türkiyəli diplomatlar məsələsinə toxunarkən deyib.

O, Əhməd Davudoğlunun Baş nazir olmasının Türkiyə üçün faydalı olacağını düşünənlərin az olmadığını və nazirin ziyalı və strateji düşüncə mütəxəssisi kimliyi ilə tanındığını bildirib:

"Maraqlı tədqiqatları var. Lakin bu gün cənab Ərdoğanın xarici siyasətdə uğursuzluqlarının səbəbkarı da bilavasitə cənab Davudoğlu sayıla bilər. İlk əvvəllər cənab Davudoğlunun memarlığında Avropa Birliyinə daxil olma kursunu israrla aparan cənab Ərdoğanın fikrincə, bu kursu daha sakit və ardıcıl aparması zəruri idi. AB-də təbii ki, Türkiyəni istəməyən qüvvəllər var, ancaq məncə, Türkiyə bu quruma daha çox ehtiyacı duyur. Ən əsası da buraya daxil olmasa belə, Avropa standartlarını əsasən mənimsəməsi baxımından vacib idi. Əvəzində Türkiyə məhz xarici siyasətdə ideoloji prinsiplərdən çıxış etməyə üstünlük verdi və bunu Yaxın Şərqdə tətbiq etməyə çalışdı. Avropanın da Türkiyə ilə münasibətdə çəkindiyi məqam məhz bu idi".

Millət vəkilinin fikrincə, bu gün Azərbaycan iqtidarının xarici siyasət kursu rəsmi Türkiyənin xarici siyasət anlayışından xeyli əsaslandırılımış və daha məntiqlidir:

"Daxili siyasətdə razılaşmadığımız xeyli məqamlar var, ancaq xarici siyasətimiz daha realistdir. Türkiyənin xarici siyasətində macəraçılıq amili o qədər yüksəkdir ki, bu qardaş ölkə hətta ən zəif vaxtlarında belə, sahib olduğu imkanları ard-arda itirməyə başlayır. Opponentlik etmək istəyənlər Rusiya, Ermənistan, Suriya, Misir, İzrail, Ərəb neft dövlətləri, Qafqazlar, Orta Asiya coğrafiyasında Türkiyənin təsir gücünü və yerini tapmağa çalışsınlar. Cənab Davudoğlunun Konyada seçki ərəfəsindəki bir çıxışını dinləyəndən sonra bu optimist macəraçılığı məni heyrətləndirdi və cənab Ərdoğanın öz seçki kampaniyasında bu poetik mülahizələri necə bəlağətlə tərənnüm etdiyini sezdim. İsrail doqquz vətəndaşını öldürür, İŞİD 49 diplomatını aylarla girov saxlayır, səsin çıxmır, əvəzində İraqın yenidən tərtibatında ABŞ guya düşmən olduğu İrana yaşıl işıq yandırır. Onlarla bu kimi misal artırmaq mümkündür. Bəlkə özlərinin bildikləri daha doğru məqamlar var. Təəssüf ki, mən də hər zaman düşünmüşəm ki, qosqoca Türkiyəmizdə arxa planda A variantından başqa B, C, D variantları da mütləq vardır. Ancaq sonra gördüm ki, ifrat ideoloji qafalarda əlifba yalnız bir hərflə başlayıb, həmin hərflə də bitir".

Tarix
2014.08.22 / 09:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla