Yuxarı

Heminqueyin cinsi bilinməyən varisinin taleyi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim oxucu və tamaşaçı zövqümüzüm formalaşması çox vaxt böyük yazıçı, illüstrator-rəssam, tərcüməçi və b.-larının uşaqları, nəvə-nəticələrindən asılı olur. Məhz bu varislər nəyin harada və nə qədər nəşr olunacağını təyin edirlər. Məhz onların sayəsində yeni, əvvəllər heç yerdə çap olunmamış əsərlər, gündəlik və məktublar ortaya çıxır. Məhz onların entuziazm və zəhmətkeşliyi doğma yazıçıları, onların yubileylərini, haqqındakı xatirələri unudulmağa qoymur.

Axar.az bu layihəsində oxucularına məşhur yazıçı, şair, tərcüməçi və naşirlərin doğma övladları və bu, ya digər yolla onların varisləri olmuş insanların taleyindən danışacaq.

Mayami. Ernest Hemiqueyin səkkiz nəvəsi yazıçnın kiçik oğlu, transseksual Qloriyanın (uşaqlıqda Qreqori) ölümüündən sonra qalmış 7,5 milyon $ üstündə mübahisə edir. Məhkəmənin müəyyən edəcəyi əsas məsələ isə çox ilginc idi - vəfat edən kişidir, yoxsa qadın? Bu mühüm məsələ işin gedişini həll edə bilərdi, çünki miras uşaqlar və Qreqorinin dul qalmış arvadı İda arasında bölüşdürülməli idi. Nəvələr nikahın qanuniliyinə etiraz edirdilər, çünki Floridada qanun eynicinslilərin nikahını tanımırdı. İda isə dəlil-sübutla iddia edirdi ki, sonralar əməliyyat etdirib cinsini dəyişdirməsinə baxmayaq o, ərə gedəndə Qreqori kişi idi və mirasa hüququ var.

Hər iki tərəfin vəkilləri mübahisənin məxfi detallarını açıqlamırlar.

Qloriya Heminquey 2001-ci ildə Mayami həbsxanasının kamerasında ürək-damar xəstəliyindən vəfat edir. Transseksual qadını ictimai yerdə özünü ədəbsiz apardığına, qalmaqal saldığına və soyunduğuna görə həbs etmişdilər.

Məşhur yazıçı Ernest Heminqueyin dörd evliliyindən üç oğlu olub: Elizabet Hedli Riçardsondan Con Cek adlı bir və Polin Pfayferdən Patrik və Qreqori adlı iki oğlu.

Yaıçının "Bambi" ləqəbli böyük oğlu Con Cek Heminquey (1923-2000) yazıçı və ekoloq idi. O, Kanadanın Toronto şəhərində doğulmuş, uşaqlığı Parisdə və Avstraliyanın Alp vilayətində keçmişdi. Con İkinci dünya savaşında əsasən fransız müdafiəsi ilə işləyən hərbi kəşfiyyat dəstəsində döyüşüb. 1944-cü ildə yaralanaraq əsir düşür. 1945-ci ildə müttəfiq qoşunları tərəfindən azad edilir və Qərbi Berlində qalır, sonra isə Parisə köçür. 1949-cu ildə burada Bayra Uytlessi ilə evlənir və bu evlilikdən üç qızı olur: Coan "Maffit", Marqo Luizu və Meriel Hedli. Sonuncu ikisi aktrisa və modelyer kimi məşhurlaşır. Conun üç qızından ikisi hazırda yaşayır. Marqo isə 42 yaşında mərkəzi sinir sisteminə ağır təsir göstərən barbiturat preparatını dozadan artıq qəbul etdiyindən vəfat edib.

Con Cek "Bambi", sözün əsl mənasında, atasının ədəbi irsinə yaxşı mənada sahib çıxır. Atasının sonuncu arvadı Meri Velş ilə birlikdə Ernest Heminqueyin ən məşhur romanlarından biri olan "Daima səninlə olan bayram" avtobioqrafik əsərini bitirir. Roman yazıçının 20-ci illərdə Parisdə etdiyi qeydlər əsasında yazılıb. Oğul öz kitablarını da yazır: o, "Atamla və atamsız həyatım" adlı avtobioqrafik xatirələrin, eləcə də "Uçan balıqçının fəlakəti" əsərlərinin müəllifidir. Sonuncu kitab Conun balıq tutmağa olan sonsuz həvəs və marağı sayəsində yaranıb. O, balıq tutmaq üçün dünyadakı ən məşhur və görkəmli yerləri gəzib və qeydlərini nəşr etdirib.

Con Cek ürəyindəki əməliyyatdan sonra ağırlaşmalar nəticəsində 2000-ci ildə vəfat edib.

Patrik Heminquey 1928-ci ildə anadan olub. Uşaq vaxtı valideynləri ilə tez-tez sayəhətə çıxardı. 1950-ci ildə Harvard universitetini bitirib, tezliklə Şərqi Afrikaya köçür və ömrünün 25 ilindən çoxunu orada yaşayır. Patrik Tanzaniyada peşəkar iri quş ovçusu kimi tanınır və on ildən artıq turistlər üçün safari təşkilatçılığı üzrə bizneslə məşğul olur. 1960-cı ildə BMT-nin təqdimatı ilə Tanzaniyada vəhşi təbiətin idarə edilməsi üzrə kollecə müəllim təyin edilir və burada vəhşi təbiətin mühafizəsi məsələləri ilə məşğul olur. Atasının Afrikdakı safari haqqında nəşr olunmamış kitabını redaktə edərək 1999-cu ildə nəşrə hazırlayır və "Sübhün həqiqəti" adı ilə çap etdirir. Patrik daha bir neçə kitabın nəşrinə nail olur: "Afrikanın yaşıl təpələri" (1990), "Həyat vadisi: böyük Afrika çalası" (1991), "Heminquey ovda" (2003), "Heminquey müharibədə" (2003) və nəhayət, 2009-cu ildə təkrar nəşr olunan "Daima səninlə olan bayram" kitabına "Ön söz". Atasının həyatda olan yeganə birbaşa varisi kimi Patrik məşhur yazıçının ədəbi irsini idarə edir.

Qreqori Henkok Heminquey (1931-2001) – yazıçının kiçik oğludur. Bu insanın taleyi sözün bütün mənalarında əsl faciədir. O, uzun müddət kolleci bitirib bir peşə sahibi ola bilmir. Çünki bir sıra qüsurlu vərdişləri var idi: sərxoşluq, norkomaniya, psixi pozğunluq, gizli transseksuallıq.

Ernest Heminquey oğlunun bütün bədbəxtliyində keşmiş arvadı – Qreqorinin anası Polin Pfayferi günahlandırırdı. Xəstə olan Polin Ernestlə telefonda dava etdikdən sonra böyrəküstü vəzində adrenalinin kəskin artması nəticəsində həyatını itirir. Təbii ki, Qreqori anasının ölümündə özünü günahlandırır (yəqin ki, mübahisə onun barəsində olmuşdu), ancaq güc-bəla ilə tibb kollecini bitirdikdən sonra bir həkim kimi atasını günahlandırır. Onlar uzun müddət münasibət saxlamırlar, nadir hallardakı görüşləri isə hər ikisinə də çox pis təsir edirdi. Yazıçının oğlunun dostlarının fikrincə, məhz oğlunun gender problemini anlamaması və əslini öyrənmək istəməməsi Qreqorinin psixi xəstəyə çevrilməsinə səbəb oldu. Qreqori 1995-ci ildə qadına çevrilmək üçün əməliyyatlara başlasa da, bu prosesi sona çatdıra bilmədi. Bununla belə o, Qloriya Heminquey adı ilə qadın həbsxanasında vəfat edir. Qeyri-normal həyat tərzinə baxmayaraq o, özündən sonra səkkiz övlad və artıq xatırlatdığımız kimi, olduqca mürəkkəb ailəvi mülki iddia mübahisəsi qoyub gedir.

Tarix
2014.08.23 / 08:45
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla