Yuxarı

Azyaşlıları ağır fiziki işlərə kimlər cəlb edir? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda yetkinlik yaşına çatmayanların ağır fiziki işlərdə işlədilməsi, daha doğrusu, onların bu işə sövq edilməsi yalnız regionlarda müşahidə olunur".

Bunu Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov yetkinlik yaşına çatmayanların ağır fiziki işlərdə işlədilməsi məsələsinə münasibət bildirərkən deyib.

Elgün Səfərov bildirib ki, təhsildən yayınmaya gətirib çıxaran bu mənfi faktorlarla bağlı apardığımız araşdırmalar uşaqların ağır, fiziki işlərə cəlb olunmasının hazırki dövrdə yalnız regionlarda baş verdiyini göstərir:

"Qanunla 15 yaşından sonra icazə verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayanların ağır fiziki işlərdə işləməsi hallarına və bunun məcburi şəkildə olması faktorlarına statistikada rast gəlmək mümkündür. Azərbaycan Respublikasının Konstitusiyana əsasən, 15 yaşına çatmış yeniyetmələrin işləməsinə qismən icazə verilir. Beynəlxalq Əmək Təşkilatının bir neçə konvensiyasına əsasən isə, bu cür uşaqların ağır fiziki və yeraltı işlərə cəlb olunması yolverilməzdir, eyni zamanda dövlət buna görə məsuliyyət daşıyır".

E.Səfərov onu da qeyd etdi ki, aparılan araşdırma və sorğuların nəticələrinə əsasən, yetkinlik yaşına çatmayanlar ağır fiziki işlərə daha çox öz yaxınları tərəfindən cəlb edilirlər:

"Belə halların qarşısının alınmasında məsuliyyət növü və nümunələr artırılmalıdır. Bununla bağlı əlaqəli olduğumuz komitə tərəfindən bu cür hallarla bağlı bir sıra yeni layihələr hazırlanıb ki, bu da bir neçə qanunda dəyişikliklərin edilməsini nəzərdə tutur. Təkliflərə əsasən, yetkinlik yaşına çatmayan, valideyn himayəsində olan uşaqlar təhsildən yayınmamaq şərtilə, cinayət törətmiş yetkinlik yaşına çatmayanlar isə qanuni yolla ağır fiziki işlər olmamaq şərtilə yüngül işlərdə işləyə biləcəklər. Beynəlxalq Uşaq Hüquqları konvensiyasına və ölkə konstitusiyasına görə, təhsildən yayınma və zərərə uğramama şərtilə yetkinlik yaşına çatmayanların yalnız ailəyə xeyir gətirmək məqsədilə işləməsinə icazə verilir. Əks təqdirdə valideynlər məsuliyyət daşıyırlar".

Tarix
2014.08.23 / 09:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla