Yuxarı

İlham Əliyev orta məktəbdə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri hər il olduğu kimi bu il də davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 121 nömrəli məktəbdə görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verdi. 1934-cü ildə istifadəyə verilən məktəbdə 2006-2007-ci illərdə əlavə korpus inşa edilib. Məktəbin köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun yeni korpus inşa olunub. Qeyd edək ki, ötən il Prezident İlham Əliyev bu korpusun açılışında iştirak edərkən ikinci korpusun da əsaslı şəkildə yenidən qurulmasına ehtiyac olduğu dövlətimizin başçısının diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev ikinci korpusun əsaslı şəkildə yenidən qurulması ilə bağlı yerindəcə göstərişlər vermişdi. Şəhid Əmirəhməd Quliyevin adını daşıyan məktəbin 3 mərtəbədən, 35 sinif otağından ibarət 780 şagird yerlik yeni korpusu dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən quruldu.

Prezident İlham Əliyev korpusda yaradılan şəraitlə yaxından tanış oldu.

Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, 1 hektarlıq həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Tarix
2014.08.23 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla