Yuxarı

“Füzuliyə dəymiş ziyan 10 milyard manatdan çoxdur”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Füzuli aqrar rayon olmasına baxmayaraq, orada sənaye müəssisələri də az deyildi".

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov işğal olunan Füzuli rayonuna dəyən ziyan barədə danışarkən deyib.

Onun sözlərinə görə, rayonun 20 kəndi işğalda olmasa da, dəymiş ziyan milyardlarladır:

"Füzuli iqtisadi baxımdan Azərbaycanın ən böyük rayonlarından biri idi. Rayonun ümumi sahəsi 1386 kvadrat metr idi. Rayonun 51 min məcburi köçkünü var. Füzuli aqrar rayon olmasına baxmayaraq, orada sənaye müəssisələri də az deyildi. Sənaye müəssisələri o zaman keçmiş SSRİ-nin digər bölgələrinə məhsul göndərə bilirdi".

Ekspertin sözlərinə görə, işğal olunan zaman rayona 10 milyard manat ziyan dəyib:

"Rayonda olan sənaye müəssisələri və vətəndaşların daşınmaz əmlakı və kənd təsərrüfat sahələrini də nəzərə alsaq, işğal zamanı Füzuliyə dəyən zərərin kifayət qədər böyük olduğunu görərik. Qiymətləndirilməyə əsasən, rayon işğal olunan zaman Füzuliyə 10 milyard manat dəyərində ziyan dəyib. Onu da nəzərə almaq lazımdır ki, artıq 21 ildir ki, Füzuli işğal altındadırsa, o zaman dəymiş zərər 10 milyard manatdan qat-qat çoxdur".

Tarix
2014.08.23 / 22:55
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla